“Müasir Kadr Akademiyası” layihəsi uğurla yekunlaşıb
Tarix: 24.12.2015 | Saat: 17:38:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Yeni Yol” gənclərin maarifləndirilməsi İctimai Birliyi tərəfindən reallaşan “Müasir Kadr Akademiyası” layihəsi başa çatdı. Layihəyə ümumi olaraq 40-dan çox gənc cəlb olundu. Layihənin ilk mərhələsində gənclər 4 sahə (mühasibat, sosial media idarəçiliyi, qrafik dizayn və fotoqraflıq) üzrə praktik kurslara cəlb olunaraq aktual ixtisaslar üzrə bilik və təcrübə əldə etdilər. Dərslər tam interaktiv, qeyri-formal metodlarla təcrübəli mütəxəsislər tərəfindən keçirilirdi. Bundan əlavə müxtəlif dərslərə öz sahəsində uğur qazanmış bir neçə peşəkar dəvət olunmuşdu və onlar da öz təcrübələri ilə iştirakçılarla paylaşıblar. Dərs zamanı iştirakçılar sadəcə teoretik bilgi yox, daha çox real praktiki bilgilər və bacarıqlar əldə etdilər, hansı ki, onlara gələcəkdə bu sahədə inkişaf etməkdə birbaşa kömək olacaq.
Layihənin ikinci mərhələsində gənclər üçün 2 günlük düşərgə təşkil olundu. Düşərgə zamanı onlar karyera planlaması, iş həyatı və onun qanunları, iş axtarma yolları, rezyume hazırlanması və müsahibə qaydaları mövzularında təlim və seminarlar keçirildi və bu da onları iş həyatına başlamalarına dəstək olacaq.
Xatırladaq ki, layihənin əsas məqsədi xüsusi qayğıya ehtiyacı olan gəncləri (internat və uşaq evi məzunları, məcburi köçkün və qaçqın, az təminatlı ailələrdən olan gənclər və s.) müasir əmək bazarının ehtiyac duyduğu ixtisaslarla tanış etməkdir. Onlar seçdikləri müvafiq sahələr üzrə kurslara cəlb edilərək inkişaf edib, təcrübə qazanıb, təlimlərin köməyi ilə iş həyatına hazırlanıb ixtisaslı kadr olaraq akademiyanın məzunu oldular.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info