Elmar Qasımov Heriot-Vatt Universitetinin nümayəndələri ilə görüşüb
Tarix: 24.12.2015 | Saat: 18:42:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Heriot-Vatt Universitetinin (HVU) Mühəndislik və təbiət elmləri fakültəsinin (MTE) tədris və təlim üzrə direktoru Mak Klaf Kevin, Kimya mühəndisliyi üzrə tədris qrupunun rəhbəri Culian Qudvin, fakultənin təlim və tədris üzrə meneceri Patrisiya Dankan, fakültənin mühəndislik proqramının direktor köməkçisi Aleksandr Bel, fakültənin professoru Qreym Vaytla görüşüb.
BANM-in Heriot Vatt Universiteti ilə əlaqələrindən söz açan rektor Elmar Qasımov HVU və BANM-in əməkdaşlığının çox sıx şəkildə davam etdiyini deyib. O, bu əməkdaşlığın daha da inkişaf edəcəyinə əminliyini bildirdi. Elmar Qasımov HVU-nun BANM-in quruculuğunda dəstəyini məmnunluqla xatırlayaraq iki təhsil ocağı arasında əlaqələrin ənənəvi əməkdaşlığa çevrildiyini vurğulayıb. BANM-in yeni kampusu haqqında söz açaraq orada yaradılan şərait haqqında qonaqlara məlumat verən rektor kampusda maddi texniki bazanın genişləndirilməsi istiqamətində böyük işlərin görüldüyünü diqqətə çatdırıb. Elmar Qasımov sözügedən universitetlə əməkdaşlıq çərçivəsində keçən tədris ilində BANM-in iki tələbəsinin HVU-da bir semestr ərzində təhsilini davam etdirdiyini xatırladıb. O, bu işlərin davamlı olacağına əminliyini ifadə etdi və BANM-in tələbələrinin HVU-ya göndərilməsi istiqamətində işlərin davam edəcəyini bir daha nəzərə çatdırıb.
Qəbula görə təşəkkür edən qonaqlar təmsil etdikləri ali təhsil müəssisəsinin BANM-lə əməkdaşlığa böyük önəm verdiyini bildiriblər və bu istiqamətdə əməkdaşlığın genişləndirilməsindən məmnunluq ifadə ediblər. HVU-nun nümayəndələri BANM-in tələbələrinin imtahanlarda HVU-nun Edinburq və digər kampuslarında təhsil alan tələbələrlə müqayisədə daha yaxşı nəticələr göstərdiklərini vurğulayıblar. Onlar bildiriblər ki, BANM-in tələbələrinin göstəriciləri olduqca yüksəkdir.
Qeyd edək ki, Bakı Ali Neft Məktəbinin (BANM) “Neft-qaz mühəndisliyi” və “Kimya mühəndisliyi” ixtisasları üzrə bakalavriatda təhsil alan tələbələri Böyük Britaniyanın Heriot-Vatt Universitetinin tədris proqramları üzrə təhsil aldıqlarına görə imtahanlar sözügedən universitetlə paralel olaraq eyni günlərdə və saat fərqi nəzərə alınaraq eyni saatda keçirilir. Bu, elektron resurslar vasitəsilə iki ali təhsil müəssisəsinin tələbələri arasında imtahan suallarının cavablarının mübadiləsinin qarşısını almaq məqsədilə həyata keçirilir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Prezident İlham Əliyev: Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir
18.09.2018
Prezident: Bir neçə gün əvvəl əsgərlərimiz düşmənə elə dərs veriblər ki, çətin ki yaxın günlərdə özünə gəlsin
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
18.09.2018
Ağsuda dini ayinlərin qanunazidd icrası faktı aşkarlanıb
18.09.2018
Aeroportda mülki pilotsuz aparatların uçuşlarına Vahid Nəzarət Mərkəzi yaradılır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info