Nazir: “Süni qiymət artımının qarşısını almaq üçün yarmarkaların sahəsi genişləndiriləcək“
Tarix: 24.12.2015 | Saat: 18:49:00 | E-mail | Çapa göndər


"Süni qiymət artımının qarşısını almaq üçün Kəndə Təsərrüfatı Nazirliyi İqtisadiyyat və Sənaye Naizrliyi ilə birlikdə müəyyən işlər görür". Bunu kənd təsərrüfatı naziri Heydər Əsədov deyib.
Nazirin sözlərinə görə, üzən məzənnə rejiminə keçid yerli istehsala birbaşa təsir etməsə də, dolayı yolla təsir edir: "Yerli istehsala təsiri məsələsinə birmənalı yanaşmağı doğru hesab etmirəm. Burda bir məqamı nəzərə almaq lazımdır ki, xaricdən idxal olunan məhsullar xarici valyuta ilə daxil olduğuna görə, burada birbaşa təsiri hesablamaq mümkündür. Yerli istehsala gəlincə, burda müəyyən məqamlar var. Çünki, yerli məhsul istehsal edənlər onlar bu məhsulu özlərinin birbaşa istehlakı üçün yox, digərlərinin istehlakı üçün istehsal edir. Yəni, bu məhsulun qarşılığında, bu məhsulu sataraq hansısa məhsul almalıdır. Tutaq ki, 100 kiloqram məhsulu 80 manata sataraq soyuducu, məişət texnikası almalıdır. Bu məhsullar isə idxal olunduğundan öz ehtiyaclarını qarşılamaq üçün yerli istehsala birbaşa olmasa da, dolayı yolla təsir edir. Düzdür, demək olmaz ki, bu gün devalvasiya varsa, yerli istehsalda qiymət artmalıdır. Bunun təsiri bir az uzun müddətlidir. Çünki, istehsal olunan məhsulların maya dəyəri keçən ildən qoyulub, bu il isə hazır məhsul alınıb. Ona görə, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, burada dolayı yolla da olsa, təsiri minimuma endirmək lazımdır. Demək olmaz ki, heç bir təsiri olmayacaq. Təbii ki, dolayı yolla təsiri olacaq”.
H. Əsədov əlavə edib ki, süni qiymət artımının qarşısını almaq üçün nazirlik yarmarkaların sahəsini genişləndirmək niyyətindədir: “Fermerlərin bazara çıxışını dolayı yolla yox, birbaşa çıxışını təmin edək ki, orta həlqələr yaranmış şəraitdən istifadə edərək süni qiymət artımına yol verməsinlər. Bu, prezident tərəfindən müvafiq strukturlar qarşısında qoyulan ən əsas məsələlərdən biridir. Biz də çalışacağıq ki, kənd təsərrüfatı məhsullarının bazara çıxarılmasını orta həlqələri ləğv etməklə, alternativ bazarlar təmin etməklə süni qiymət artımının qarşısını alaq”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Demokratiyanın tələbləri
23.01.2019
Sevinc Fətəliyeva: Hər bir KİV yaydığı xəbərə görə məsuliyyət daşıdığını unutmamalıdır
23.01.2019
Azərbaycan sülhməramlıları Cənubi Sudana yola düşüb
23.01.2019
“Azərbaycan təcrübəsi, əldə etdiyimiz nəticələr siyasətimizin doğru olduğunu nümayiş etdirir”
23.01.2019
Davos görüşü Düşənbə və Sankt-Peterburqdakı görüşlərin davamı kimi qiymətləndirilə bilər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
4 Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər
5 Əli Abdalov Mehman Hüseynovla barışıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info