“Jurnalistlər informasiya əldə edərkən, onlara heç bir maneə olmamalıdır”
Tarix: 24.12.2015 | Saat: 18:52:00 | E-mail | Çapa göndər


"Jurnalistlər informasiya əldə edərkən, onlara heç bir maneə olmamalıdır”.
Bunu Azərbaycan Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov İnzibati Xətalar Məcəllədə jurnalistlərin sorğusu ilə bağlı məsələni şərh edərkən deyib.
“Kütləvi informasiya vasitələri haqqında” qanunda jurnalist fəaliyyətinə maneə ilə bağlı xüsusi maddə var. O maddədə göstərilir ki, jurnalistlər senzuraya məruz qala bilməzlər və jurnalist fəaliyyətinə maneə oluna bilməz”, - deyə o vurğulayıb.
Cinayət Məcəlləsində də bu məsələlərə rast gəldiyini deyən deyən Ə. Amaşov qeyd edib ki, əgər jurnalistin peşə fəaliyyətini yerinə yetirməsinə maneələr olursa, maneə törədən tərəf cərimə oluna və inzibati cəzalara məruz qala bilər: “Əgər doğrudan da qarşı tərəf vəzifəli şəxsdirsə və jurnalistin peşə fəaliyyətinə maneçilik törədirsə, o, cərimə ilə yanaşı, 1 il azadlıqdan da məhrum oluna bilər. Cərimələrlə bağlı dediyiniz məsələyə gəlincə, o, bundan əvvəlki qanunvericilikdə var idi. Ancaq indi gördüyünüz kimi həmin cərimələrin həcmi artırıldı. Jurnalistin sorğularının hansı müddətdə cavablandırılması məsələsi isə "İnformasiya əldə etmək haqqında" qanunda da öz əksini tapıb. Əgər qanunvericilikdə göstərilən müddəalar pozularsa, qarşı tərəf cəzalana bilər. Sorğuya cavab verilməyəndə, jurnalistlər də fəal olmalı, hansı addımı atmaq lazım olduğunu bilməlidirlər. Bütün bunlar Azərbaycan qanunvericiliyində birmənalı qaydada öz əksini tapır".
Qeyd edək ki, Azərbaycanda jurnalistlərin sorğularına cavab verməkdən imtina etməyə, cavabsız buraxmağa və jurnalistə informasiyanın verilməsinə məhdudiyyət qoymağa görə yeni cəzalar tətbiq olunur. Yeni hazırlanmış İnzibati Xətalar Məcəllənin birinci hissəsində göstərilir ki, qanunla müəyyən edilmiş müddətdə jurnalist sorğusuna cavab verməməyə görə 200 manatdan 300 manata qədər cərimə tətbiq ediləcək. Maddənin ikinci hissəsində isə bildirilir ki, qanunla qorunan informasiyalar istisna olmaqla, jurnalistə informasiyanın verilməsinə məhdudiyyətlər qoymağa və ya informasiya verilməsindən imtina etməyə görə isə 300 manatdan 500 manata qədər cərimə nəzərdə tutulur. Hazırda qüvvədə olan məcəlləyə görə isə bu cərimələr müvafiq olaraq 40 manatdan 70 manata qədər və 60 manatdan 90 manata qədərdir.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib
19.09.2018
Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info