“Prezident devalvasiyadan sonra yaranmış vəziyyətdən çıxış yollarını dəqiq göstərdi”
Tarix: 24.12.2015 | Saat: 20:36:00 | E-mail | Çapa göndər


"Azərbaycan Prezidenti İlham Əliyev Milli Olimpiya Komitəsində 2015-ci ilin yekunları, idmançılara və idman mütəxəssislərinə mükafatların təqdim edilməsi mərasimində çıxışı zamanı Azərbaycanda manatın devalvasiyasından sonra yaranmış vəziyyətdən çıxış yollarını dəqiq göstərdi". Bunu Milli Məclisin deputatı Əli Məsimli deyib. Onun sözlərinə görə, təbiidir ki, əhali devalvasiyadan əziyyət çəkir: “Ona görə də əhaliyə dövlət tərəfindən dəstək göstərilməlidir. Bu dəstəyin və ya bu vəziyyətdən çıxış yollarını isə Prezident öz çıxışında göstərdi”.
Ə.Məsimli bildirib ki, korrupsiyaya, rüşvətxorluğa, inhisarçılığa qarşı ciddi sistemli və radikal islahatlar aparılmalıdır: “Ümumilikdə, cəmiyyət həyatının bütün sahələrində islahatlar getməli, şəffaflıq artırılmalı, ictimai nəzarət gücləndirilməli, əhalinin bu vəziyyətindən sui-istifadə etmək istəyənlər isə ciddi şəkildə cəzalandırılmalıdır”.
Xatırladaq ki, Prezident İlham Əliyev Milli Olimpiya Komitəsində çıxışı zaman qeyd edib ki, bundan sonra iqtisadi liberallaşma siyasəti daha ciddi şəkildə aparılmalıdır: "Xüsusilə inhisarçılığa qarşı mübarizə daha da ciddi olacaq. Həm idxalda, həm də yerli istehsalda inhisarçılığa yol verilməməlidir. Heç kimin burada xüsusi imtiyazı yoxdur, ola da bilməz. Kim dövlət büdcəsinə daxilolmaların qarşısını alacaqsa, cəzalandırılacaq. Ona görə, gömrük, vergi sistemində maksimum şəffaflıq təmin edilməlidir və ediləcəkdir. Mən bu məsələlərlə bağlı bir neçə dəfə Nazirlər Kabinetinin toplantısında çıxış etmişəm. Öz çıxışlarımda bildirmişəm ki, Azərbaycanda maliyyə və iqtisadi sektor tam şəffaf olmalıdır".

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
İnam Kərimov Sabirabadda vətəndaşlarla görüşəcək
21.02.2019
Fevralın 22-nə USD/AZN rəsmi məzənnəsi: 1,7000 manat
21.02.2019
Ət və quşçuluq məhsullarının istehsalçıları ilə müzakirələr aparılıb
21.02.2019
İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır və ixracda birinci yerdədir
21.02.2019
Anar Quliyev: “Bakı şəhərinin Baş planının hazırlanması üçün texniki işlərə başlanılacaq”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info