“Müasir Kadr Akademiyası” layihəsi uğurla başa çatıb
Tarix: 25.12.2015 | Saat: 15:21:00 | E-mail | Çapa göndər


“Yeni Yol” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun (AZGF) maliyyə dəstəyi ilə reallaşdırdığı “Müasir Kadr Akademiyası” layihəsi uğurla başa çatıb.
Layihənin əsas məqsədi xüsusi qayğıya ehtiyacı olan gəncləri (internat və uşaq evlərinin məzunları, qaçqın və məcburi köçkün, aztəminatlı ailələrdən olan gənclər və s.) müasir əmək bazarının ehtiyac duyduğu ixtisaslarla tanış etməkdir. Onlar seçdikləri müvafiq sahələr üzrə kurslara cəlb edilərək inkişaf edib, təcrübə qazanıb, təlimlərin köməyi ilə iş həyatına hazırlanıb və ixtisaslı kadr olaraq akademiyanın məzunu olublar.
Layihəyə ümumilikdə 40-dan çox gənc cəlb olunub.
Layihənin birinci mərhələsində gənclər dörd sahə (mühasibat, sosial media idarəçiliyi, qrafik dizayn və fotoqraflıq) üzrə praktiki kurslara cəlb olunaraq aktual ixtisaslar üzrə bilik və təcrübə əldə ediblər.
Layihə çərçivəsində dərslər tam interaktiv, qeyri-formal metodlarla təcrübəli mütəxəssislər tərəfindən keçirilib. Bundan əlavə, dərslərə öz sahəsində uğur qazanmış bir neçə peşəkar dəvət olunub və onlar da öz təcrübələrini iştirakçılarla paylaşıblar. Dərs zamanı iştirakçılar yalnız nəzəri biliklər deyil, daha çox real praktiki bilik və bacarıqlar əldə ediblər.
Layihənin ikinci mərhələsində gənclər üçün düşərgə təşkil olunub. İki günlük düşərgə zamanı onlara karyera planlaması, iş həyatı və onun qanunları, iş axtarma yolları, xülasə hazırlanması və müsahibə qaydaları mövzularında təlim və seminarlar keçirilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info