Belarus səfiri Bakı Slavyan Universitetində olub
Tarix: 25.12.2015 | Saat: 15:53:00 | E-mail | Çapa göndər


24 dekabrda Belarus Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Gennadiy Axramoviç Bakı Slavyan Universitetində (BSU) qonaq olub. Rektor, professor Asif Hacıyev səfiri rəhbərlik etdiyi ali təhsil müəssisəsində görməkdən şad olduğunu bildirib, universitetdəki tədris prosesi, fakültə və ixtisaslar, burada fəaliyyət göstərən tədris və mədəniyyət mərkəzləri barədə qonağı məlumatlandırıb. Belarus dili və mədəniyyəti mərkəzinin fəaliyyətindən söz açan rektor qeyd edib ki, mərkəz 2010-cu ildən bəri fəaliyyət göstərir. Professor Asif Hacıyev vurğulayıb ki, mərkəzin təntənəli açılışında Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko iştirak edib. Mərkəzin əsas vəzifəsi Azərbaycan və Belarus respublikaları arasında mədəni əlaqələri inkişaf etdirmək, hər iki ölkənin mədəniyyətinə, təhsilinə, maarifinə və elminə gənclərin marağını artırmaqdır. Görüş zamanı Gennadiy Axramoviç səfirliyin fəaliyyətindən danışaraq bildirib ki, səfirlik təhsil sahəsinə xüsusi diqqət ayırır. Bakı Slavyan Universitetində Belarus dili və mədəniyyəti mərkəzinin olmasından və Belarus dilinin tədris edilməsindən məmnunluğunu dilə gətirən səfir universitetin fəaliyyətini yüksək qiymətləndirib. Ali təhsil müəssisəsi ilə yaxından tanış olan Gennadiy Axramoviç bu tipli universitetin ölkəsində də fəaliyyət göstərməsini arzulayıb. Fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi istiqamətində səy göstərəcəyini vurğulayıb, Azərbaycanın regionda tutduğu yüksək mövqedən danışıb. Hər iki ölkənin böyük potensiala malik olduğunu dilə gətirən Gennadiy Axramoviç qeyd edib ki, ölkələrimiz arasında münasibətlər möhkəm və davamlı xarakter alıb və bu münasibətlər gələcəyə köklənib. Sonra səfir Gennadiy Axramoviç Belarus dili və mədəniyyəti mərkəzində belarus dili üzrə təhsil alan tələbələrlə görüşüb. BSU tələbələrinin belarus dilində ifa etdiyi mahnı və şeirlər, hazırlanan səhnəciklər səfirdə xoş təəssürat oyadıb. Gənclərin Belarus dili və mədəniyyətini belə mükəmməl mənimsəmələrindən razılığını bildirib, mərkəzin xatirə kitabına ürək sözlərini yazıb.




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
“Azərmarka” Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş müsabiqə elan edib
20.02.2019
Aqrar İnkişaf Könüllüləri aqrar jurnalistika ilə bağlı layihənin icrasına başlayıb
20.02.2019
Körpəyə vitamin vermək olar?
20.02.2019
“Cəmiyyətin səsi” layihəsinin I mərhələsi başa çatıb
20.02.2019
Min bir dərdin dərmanı - yaşıl çay

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10608

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info