Heydər Əliyev Fondu uşaq müəssisələrinin sakinlərinə unudulmaz gün yaşadıb
Tarix: 25.12.2015 | Saat: 15:54:00 | E-mail | Çapa göndər


Heydər Əliyev Fondu uşaqlara növbəti dəfə sevinc bəxş edib.
Fondun Bakının əyləncə mərkəzlərindən birində uşaqlar üçün təşkil etdiyi şənliyə balacalar xüsusi ayrılmış avtobuslarla gəliblər. Budəfəki şənliyə Bakı şəhərindəki müxtəlif uşaq evlərindən xüsusi qayğıya ehtiyacı olan 200-dək uşaq qatılıb.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva şənlikdə iştirak edib.
Xeyriyyəçiliyi, böyüməkdə olan nəslin hərtərəfli qayğı ilə əhatə olunmasını, müxtəlif humanitar aksiyaları fəaliyyətinin prioritet istiqamətləri kimi müəyyən edən Heydər Əliyev Fondu paytaxtdakı uşaq müəssisələrinin sakinlərinə unudulmaz bir gün yaşadıb. Fondun müxtəlif uşaq evlərinin sakinləri üçün təşkil etdiyi növbəti tədbir məhz belə xeyirxah missiyanın davamı olub. Uşaqların istirahətinin səmərəli təşkili məqsədilə keçirilən aksiyada balacalar müxtəlif maraqlı attraksionlarda əyləniblər, oyunlarda iştirak ediblər. Oyun avtomatlarının və attraksionların bol olduğu mərkəzdə istədikləri kimi əylənən uşaqlar şənlikdən xüsusi zövq alıblar, burada gözəl istirahət etdilər, əylənib oynayıblar.
Balacaların zövqünə uyğun bəzədilən məkanda keçirilən şənlikdə uşaqların ən yaxın dostu olan və həmişə qayğılarına qalan Mehriban Əliyeva da onların əyləncəsinə qoşulub, müxtəlif oyunlarda qazandıqları qələbələri alqışlayıb, sevinclərini bölüşüb.
Heydər Əliyev Fondunun təşkil etdiyi tədbirdə müxtəlif uşaq evlərinin sakinlərinin birgə nahar etmələri onlar üçün həm də bu şənlikdən aldıqları təəssüratları bölüşmək imkanı yaradıb. Mehriban Əliyeva uşaqlarla səmimi söhbət edib, onlarla şəkil çəkdirib.
Şənliyin sonunda balacalara Heydər Əliyev Fondunun hədiyyələri təqdim edilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info