“Yeni hədəflər naminə”
Tarix: 25.12.2015 | Saat: 16:01:00 | E-mail | Çapa göndər


Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə 2015-ci ilin yekunlarına həsr edilmiş “Yeni hədəflər naminə” adlı konfrans keçirilib. Konfransda baş nazirin müavini, YAP icra katibi, sədr müavini Əli Əhmədov Azərbaycanda 2015-ci ildə görülən işlərdən, 2016-cı ildə qarşıda duran vəzifələrdən danışıb.
Baş nazirin müavini bildirib ki, 2015-ci ildə Azərbaycanda əzəmətli nailiyyətlər əldə olunub. Bu ili Azərbaycanın tarixinə yazmaq üçün çox əhəmiyyətli hadisələr baş verdiyinin deyən Əli Əhmədov bildirib ki, bunlardan biri parlament seçkiləri olub: “YAP seçkilərdə yenə də qalib kimi çıxdı. Bu yarışda YAP-ın qələbəsinin əsas səbəbi xalqın möhtərəm Prezident İlham Əliyevə olan məhəbbətinin nəticəsi və onun siyasətinə dəstək göstərməsidir”. Ə.Əhmədov bildirib ki, 2015-ci ilin ən vacib hadisələrindən biri də İlk Avropa Oyunları oldu.
Baş nazirin müavinin onu da bildirib ki, Azərbaycan Prezidentinin oktyabr ayında Nazirlər Kabinetinin iclasındakı çıxışında iqtisadi islahatların dərinləşməsi və genişlənməsi ilə əlaqədar geniş proqram müəyyənləşdirilib: “Bu mərhələdə qarşıya qoyulan əsas hədəf bütövlükdə yeni iqtisadi modelin konturlarını müəyyənləşdirməkdir”. O bildirib ki, bu çərçivədə atılan addımlara lisenziyaların maksimum aradan qaldırılması və lisenziya almaq üçün müəyyənləşdirilmiş fəaliyyət növlərinin sayının azaldılması daxildir: “Bu istiqamətdə artıq Prezidentin müvafiq sərəncamı var. Məqsəd ondan ibarətdir ki, xüsusi razılıq, yəni lisenziya almaq üçün nəzərdə tutulan fəaliyyət növlərinin sayı azaldılsın”. Baş nazirin müavini qeyd edib ki, bu, iqtisadiyyatın liberallaşdırılması deməkdir: “Təbii ki, bu, sərbəst fəaliyyət üçün azad bazar iqtisadiyyatının mexanizmlərinin möhkəmlənməsi, sahibkarlığın inkişafı üçün əlavə imkanlar yaradır. Bütün bunların hamısı yeni iqtisadi islahatların vacib elementləridir ki, bunlar həyata keçirilməkdədir”.

“Qiymətləri süni şəkildə artırmağa çalışanlara
qarşı tədbirlər görüləcək”


Ə.Əhmədov onu da qeyd edib ki, yaranmış vəziyyətdən faydalanmaq istəyənlər ortaya çıxır: “Bu, düzgün hərəkət deyil. Hörmətli Prezidentimiz bu cür hallara yol verənlərə dair münasibətini bildirib. Güman edirəm ki, Azərbaycan hökuməti, müvafiq qurumlar tərəfindən fürsətdən istifadə edib, süni surətdə, heç bir obyektiv əsas olmadan satdığı məhsulların qiymətlərini qaldırmağa çalışanlara qarşı tədbirlər görüləcək”. Baş nazirin müavini qeyd edib ki, bu tədbirlər qanun çərçivəsində olacaq: “Çalışmaq lazımdır ki, Azərbaycan vətəndaşları əlavə əziyyətlər çəkməsin, yaranmış vəziyyətdə sıxıntı keçirməsinlər. Obyektiv olaraq qiymətlərdə baş verən artımlarına gəldikdə isə, güman edirəm ki, bu, o qədər də böyük olmayacaq. Xüsusilə də yerli istehsalla əlaqədar olan məhsulların qiymətlərində ciddi artım olmayacaq. Ola bilsin ki, bu məhsulların bəzi komponentləri xaricdən gətirilir və onların gətirilməsi üçün xarici valyutadan istifadə olunur. Qiymət artımı o dərəcədə ola bilər. Amma bu, artıq bəzilərinin istifadə etdiyi mexanizmlər şəklində qiymət artımına gətirib çıxarmamalıdır. Süni qiymət artımından faydalanmaq istəyənlərin arzularının reallaşmasına imkan verilməməlidir”.

“Dərmanların qiymətlərinin süni surətdə şişirdilməsinə imkan verilməyəcək”

Əli Əhmədov bildirib ki, manatın dollara olan məzənnəsinin enməsi ilə əlaqədar olaraq, təbii ki, dərmanların qiymətlərində dəyişikliklər aparılacaq və bu məzənnəyə uyğunlaşdırılacaq. O bildirib ki, qaydalara görə Azərbaycanda dərman preparatlarının qiymətləri dövlət tərəfindən tənzimlənir: “Əlbəttə, belə bir addımı atmaqla hökumətin qarşıya qoyduğu məqsəd ondan ibarətdir ki, Azərbaycan vətəndaşları bir sıra hallarda dərmanların qiymətlərində müşahidə olunan süni qiymət artımlarından əziyyət çəkməsinlər. Buna da nail olunub. Məlum hadisə ilə əlaqədar olaraq qiymətlərə yenidən baxılacaq, dərmanların qiymətləri məzənnədə baş verən dəyişikliklərə uyğunlaşdırılacaq. İndi də atılan addım ondan ibarət olacaq ki, iş adamları, Azərbaycana dərman idxal edən sahibkarlar ziyana düşməsinlər”. Ə. Əhmədov qeyd edib ki, dərmanların qiymətləri ilə bağlı optimal bir variant işlənib hazırlanacaq: “Dərmanların qiymətlərinin süni surətdə şişirdilməsinə imkan verilməyəcək. Manatın məzənnəsinin aşağı düşməsinə uyğun şəkildə qiymətlər yenidən müəyyənləşdiriləcək və heç kim ziyanda qalmayacaq”.

“Azərbaycan elmi yeni inkişaf modelinə öz töhfəsini verməlidir”

Prezident İlham Əliyevi ad günü münasibəti ilə elm xadimləri adından təbrik edən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, YAP sədrinin müavini Akif Əlizadə Azərbaycanın uğurlu inkişaf yolu keçdiyini bildirib. A. Əlizadə eyni zamanda bu gün dünyada baş verənlərlə əlaqədar gələcəklə bağlı nikbin proqnoz verməyin mümkün olmadığını söyləyib: “Hər bir dövlət kimi, Azərbaycan da öz daxili resurslarını hərəkətə gətirməlidir. Azərbaycanda dövlət başçısının rəhbərliyi ilə bu istiqamətdə addım atılır. Alovlanan dünyanın və regionun fonunda Azərbaycan sabitlik adasına çevrilib. Dövlət başçısı elmin inkişafı ilə bağlı mühüm addımlar atıb, strategiya və proqramlar qəbul edilib”. A. Əlizadə qeyd edib ki, elm və təhsilin inteqrasiyası, elektron elmin formalaşması sahəsində də ciddi uğurlar əldə edilib: “Dövlət başçısı Azərbaycan elminin yeni inkişaf modelinə öz töhfəsini verməli olduğunu vurğulayıb. İlk növbədə demoqrafik durum araşdırılmalıdır. İkincisi, mövcud şərait nəzərə alınaraq, kənd təsərrüfatının inkişafı alimlər qarşısında vəzifə kimi qoyulub. Üçüncüsü, kimya sənayesinin inkişafı alimlər qarşısında əsas vəzifələrdən biridir. Elm və istehsalat münasibətlərinin uğurlu inkişafına nail olmalıyıq”.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info