Jurnalistlərin binasında mənzillərə çıxarışlar təqdim olunub
Tarix: 25.12.2015 | Saat: 16:24:00 | E-mail | Çapa göndər


Vüqar Səfərli: “Növbəti bina 2016-cı ilin sonunda jurnalistlərin istifadəsinə veriləcək”

Prezidentin diqqət və qayğısı ilə jurnalistlər üçün inşa edilmiş və istifadəyə verilmiş binada mənzil sahibi olan 100-dən çox jurnalistə Əmlak Məsələləri Dövlət Komitəsinin “Kütləvi çıxarış” kampaniyası çərçivəsində dünən binanın həyətində kütləvi qaydada dövlət reyestrindən çıxarışlar təqdim edilib.
Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun rəhbəri Vüqar Səfərli bildirib ki, Prezident tərəfindən ölkədə informasiya azadlığının və azad mətbuatın təmin olunması, milli mətbuata göstərilən dövlət dəstəyinin artırılması və media işçilərinin sosial rifahının yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Belə tədbirlərdən biri də dövlət başçısı tərəfindən imzalanmış Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında sərəncama əsasən mətbuat işçiləri üçün yaşayış binasının tikilərək istifadəyə verilməsidir. Bu gün Azərbaycan xalqı üçün, eyni zamanda jurnalistlər üçün əlamətdardır, çünki 2013-cü ildə jurnalistlərə verilən evlərin son sənədləri təqdim olunur: “Bu günün Prezident İlham Əliyevin ad gününə təsadüf etməsi də çox xoşdur. Mən, fürsətdən istifadə edib öz adımdan, bütün jurnalist kollektivi adından dövlət başçımızı təbrik edir və işlərində uğurlar arzu edirəm. Biz həmişə Prezident İlham Əliyevin yanında olmalıyıq. Analoqu olmayan bir addım atılıbdır. Dünyanın heç bir yerində jurnalistlərə dövlət tərəfindən ev hədiyyə olunmur. Biz 2013-cü ildə bu evləri 156 jurnalistin xidmətinə verdik. Bu, Prezident İlham Əliyevin jurnalistlərə hədiyyəsidir. Həmin gün 2013-cü il iyulun 22-də daha bir binanın təməli qoyulub. Həmin bina artıq tikilib başa çatmaq üzrədir, 2016-cı ilin sonunda jurnalistlərin istifadəsinə veriləcək”.

Əflatun Amaşov:
“Gələn il 250-dən çox jurnalist yeni mənzillə təmin olunacaq”
Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, Azərbaycanda informasiya azadlığının və azad mətbuatın təmin olunması, kütləvi informasiya vasitələrinə (KİV) dəstəyin göstərilməsi ölkə rəhbərliyi tərəfindən daim diqqət mərkəzində saxlanılır. Jurnalistlər üçün inşa edilən bu yaşayış binası da dövlət başçısının mətbuat nümayəndələrinə olan diqqət və qayğısının bariz nümunəsidir: “Jurnalistlər üçün binaların inşa edilməsi ideyası uzunmüddətli axtarişların nəticəsidir. Jurnalistləri mənzillə təmin etmək məqsədilə biz Prezident İlham Əliyevə müraciət etdik və dövlət başçısı bu binanın tikilməsi üçün sərəncam imzaladı. Mən fürsətdən istifadə edib Azərbaycan Prezidenti İlham Əliyevə jurnalistlər adından təşəkkürümü bildirirəm”. Mətbuat Şurasının sədri qeyd edib ki, Azərbaycan jurnalistikası təminatlı jurnalistikadır. Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu Azərbaycan KİV-lərini vaxtaşırı maliyyələşdirir. Bu, dövlətin jurnalistikaya qayğısının nəticəsidir. Eyni zamanda, Azərbaycan jurnalistləri sosial baxımdan da təminatlıdırlar. Bu binanın istifadəyə verilməsi nəticəsində 156 jurnalist mənzillə təmin olunub. Növbəti bina isə 2016-cı ildə təhvil veriləcək və 250-dən çox jurnalist yeni mənzillə təmin olunacaq. Bütün bunlar Azərbaycan dövlətinin jurnalistlərə qayğısının bariz nümunəsidir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Hikmət Mustafayev bildirib ki, Azərbaycan Prezidentinin tapşırıqlarına uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsi də öz növbəsində ölkədə media sahəsinin inkişafına, jurnalistlərin mülkiyyət hüquqlarının daha səmərəli təmin olunmasına öz dəstəyini göstərir. Bu gün məhz jurnalistlər binasının həyətində onlara kütləvi şəkildə dövlət reyestrindən çıxarışların verilməsi də bu dəstəyin bir nümunəsi olduğu vurğulanıb. Komitə öz fəaliyyətindəki yenilikləri məhz media vasitəsilə geniş ictimaiyyətə çatdırır. Xidmət rəisi bildirib ki, Əmlak Məsələləri Dövlət Komitəsi ötən ildən başlayaraq daşınmaz əmlak və torpaq sahiblərinə ilkin mülkiyyət sənədləri əsasında birbaşa ünvanlarda kütləvi qaydada çıxarışların verilməsi kampaniyasını həyata keçirir. Kampaniya həm paytaxtda, həm də regionlarda paralel olaraq təşkil olunur. Son bir neçə həftədə artıq Bakıda yeni inşa edilmiş çoxmərtəbəli binalardakı mənzil sahibləri də kampaniyaya cəlb olunub. Bu gün belə kampaniya məhz kütləvi informasiya vasitələrinin nümayəndələri üçün təşkil edilib. Komitənin mobil ofislərində (xüsusi nəqliyyat vasitələrində) birbaşa ünvanda jurnalistlərə dövlət reyestrindən çıxarışlar verilir.
Anar




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək
20.09.2018
600-dən çox adam sahilyanı ərazini 5 ton tullantıdan təmizlədi
20.09.2018
Azərbaycanda dünyanın ilk kurqan arxeoparkı yaradılacaq
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info