“Azəryolservis”dən növbəti yaşıllaşdırma aksiyası
Tarix: 25.12.2015 | Saat: 16:51:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair qəbul edilmiş dövlət proqramlarının icrasının təmin edilməsi məqsədi ilə Nəqliyyat Nazirliyi “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti tərəfindən avtomobil yollarının ayırıcı və mühafizə zolaqlarındakı yaşıllıqlara aqrotexniki qaydalara uyğun qulluq edilməsi, yeni yaşıllıqların salınması, onların uçot sisteminin təkmilləşdirilməsi, mühafizənin gücləndirilməsi tədbirlərinin həyata keçirilməsinə diqqət daha da artırılıb.
“Azəryolservis” ASC-nin Yol Yaşıllaşdırma MMC-lərinin kollektivi tərəfindən bu dəfə Bakı Dairəvi-I avtomobil yolunun mühafizə zolağında ağacəkmə aksiyası keçirilib.
Aksiyada “Azəryolservis” ASC-nin sədr əvəzi Saleh Məmmədov və cəmiyyətin digər rəhbər şəxsləri də yaxından iştirak edərək respublikamızın ekoloji vəziyyətinin yaxşılaşdırılmasına öz töhfələrini veriblər.
1, 2, 6 saylı Yol Yaşıllaşdırma və Avtomobil Yollarının Ekologiyası MMC-lərinin 100 nəfərdən artıq işçisinin və 10 ədəd maşın mexanizmin cəlb edildiyi tədbir zamanı ərazi kənar əşyalardan təmizlənib, quyular qazılıb və ağaclar əkilib. Əkilən ağaclar üzvi gübrə verilərək suvarılıb. Aksiya zamanı 5000 min ədəd eldar şamı, sərv və digər növ ağac əkilib. Əkilən ağaclar cəmiyyətin 3 saylı Salyan və 5 saylı Şəki Yol Yaşıllaşdırma MMC-lərinin tinglik sahəsində yetişdirilib.
Qeyd edək ki, Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin Yol Yaşıllaşdırma Məhdud Məsuliyyətli Cəmiyyətləri 1551 km magistral və 1829 km respublika əhəmiyyətli olmaqla, ümumilikdə 3380 km avtomobil yolunun təhkim zolaqlarındakı yaşıllıqlara xidmət göstərir. 2015-ci ilin yanvar-dekabr aylarında 93 380 ədəd, ümumilikdə 456,0 hektar ərazidə 273 674 ədəd müxtəlif növ ağac və kol bitkisi əkilib.
Hazırda magistral və respublika əhəmiyyətli avtomobil yollarının mühafizə zolağında 1 136 157 ədəd, o cümlədən 895 625 ədəd çoxillik ağac mövcuddur.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10494

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info