Fərhad Bədəlbəyli: “Ermənistan ziyalıları ilə görüşün mənası yoxdur”
Tarix: 18.02.2013 | Saat: 23:38:00 | E-mail | Çapa göndər


“Dağlıq Qarabağın erməni icması konstruktiv mövqe nümayiş etdirmir. Biz onları görüşə, müzakirəyə dəvət edirik, lakin əks tərəfdən bir səs çıxmır”. Bunu APA-ya açıqlamasında “Dağlıq Qarabağın azərbaycanlı icması” İctimai Birliyinin İdarə Heyətinin üzvü, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli deyib.
F.Bədəlbəyli bildirib ki, Dağlıq Qarabağda yaşayan ermənilərin azərbaycanlı icmasının nümayəndələri ilə görüşdən imtina etmələrinin səbəblərini bilmir: “Onlar ya bunu istəmirlər, ya da görüşmələrinə imkan vermirlər”. F.Bədəlbəyli Dağlıq Qarabağdan olan azərbaycanlı ziyalıların Ermənistan ziyalıları ilə görüşməsini o qədər də əhəmiyyətli saymadığını deyib: “İrəvandan olan erməni ziyalılarla görüşün mənası nədir? Onlarla görüşüb, nəyi müzakirə edəcəyik? Onlar İrəvanda yaşayıb, işləyirlər, Dağlıq Qarabağın sadə ermənilərinin mövqeyini bilmirlər. Biz Dağlıq Qarabağda, Xankəndində yaşayan, oradakı mühitə, sadə erməni əhalisinin istəklərinə bələd olan erməni ziyalıları - savadlı, dünyaya açıq gözlə baxan insanlarla görüşmək istəyirik. Biz onlarla təmasda olmalıyıq. Ermənistan ziyalıları ilə bizim nə işimiz var? İrəvandan olan erməni ziyalılarla görüşlərin davam etdirilməsinə lüzum yoxdur. Onlarla iki dəfə görüşdük və gördük ki, müzakirələr heç bir nəticə vermir”. F.Bədəlbəyli münaqişənin həllində xalq diplomatiyasının hələki, bir nəticə vermədiyini də diqqətə çatdırıb: “Bu istiqamətdə aparılan prosesdə iştirak etmişəm. Xankəndidə, Şuşada, İrəvanda da olmuşam, ermənilərin rəhbər şəxsləri, ziyalıları ilə də görüşmüşəm. Amma nəticə yoxdur. Hətta irəliyə doğru pozitiv bir addımı görə və ya hiss edə bilməmişəm. Çünki ermənilər millət yox, təşkilatdırlar. Onlarda bütün millət bir təşkilat kimi fəaliyyət göstərir və hansı partiyanın nümayəndəsi olmalarından asılı olmayaraq, milli məsələlərdə bir yerdə ola bilirlər”.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info