Azad Rəhimov ilin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirib
Tarix: 25.12.2015 | Saat: 17:27:00 | E-mail | Çapa göndər


Bu gün gənclər və idman naziri Azad Rəhimov 2015-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirib. A. Rəhimov bildirib ki, bu il ümumilikdə gənclərlə iş sahəsində 91 tədbir keçirilib. Bunlardan 76-sı yerli, 15-i isə beynəlxalq səviyyəli olub.
Onun sözlərinə görə, 17 nəfər yaradıcı gənc, habelə gənclərin 9 qeyri-hökumət təşkilatı və 4 tələbə gənclər təşkilatı Gənclər və İdman Nazirliyinin mükafatlarına layiq görülüblər: “Eyni zamanda, 26 yanvar 2015-ci il tarixdə Azərbaycan prezidenti tərəfindən “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” imzalanıb”.
Nazir əlavə edib ki, ölkədə 33 “Gənclər evi” fəaliyyət göstərir: “13 yanvar 2015-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə Sumqayıt şəhərində “Gənclər evi” istifadəyə verilib. Nazirliyin sifarişi ilə Bakının Qaradağ rayonunda da “Gənclər evi” inşa edilib. Binəqədidə, Tovuz rayonunda da tikinti işləri başa çatdırılıb. “Gənclər evi”nin 2016-cı ilin I rübündə istifadəyə verilməsi nəzərdə tutulur. Gələn il Gəncə və Şirvan şəhərlərində “Gənclər evi”nin tikintisi başa çatdırılacaq. Şəki şəhəri, Bərdə, Quba və Şamaxı rayonlarında isə tikinti işləri davam etdiriləcək”.
A. Rəhimov qeyd edib ki, 2015-ci ildə elm, təhsil, mədəniyyət, ədəbiyyat və ictimai fəaliyyət sahələrində fərqlənmiş 6 gəncə “Gənclər üçün Prezident Mükafatı” təqdim edilib.
Nazir “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı əsasında görülən işlər barəsində də məlumat verib: “Proqram əsasında Gənclər üçün Prezident mükafatı təsis olunub, Gənclər Fondu yaradılıb. Gəncə, Mingəçevir, Naxçıvan, Sumqayıt, Şəki, Şirvan, Bərdə, Qazax, Quba və Şamaxıda “Gənclər evi” inşa olunub. “Virtual Qarabağ” adlı İnformasiya-Kommunikasiya Texnologiyaları, istedadlı gənclər və gənc alimlər barəsində məlumat bankı yaradılıb. Gənclərin kadr potensialı barəsində məlumat bankının yaradılması ilə bağlı təkliflər hazırlanıb”.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10129

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info