DSX-da ilin yekunlarına dair hesabat müşavirə
Tarix: 25.12.2015 | Saat: 19:22:00 | E-mail | Çapa göndər


25 dekabr 2015-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin 2015-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsi keçirilib.
Azərbaycan Sərhəd Mühafizəsi üçün 2015-ci il döyüş hazırlığının daha yüksək səviyyədə təmin edilməsi, dövlət sərhədinin toxunulmazlığının təminatı tədbirlərinin ardıcıl davamı, dövlət sərhədinin əməliyyat yolu ilə mühafizəsinin gücləndirilməsi, beynəlxalq sərhəd əməkdaşlığının genişləndirilməsi ilə əlamətdar olub.
Dövlət sərhədlərinin mühafizəsinin təşkilində uğurların əldə olunması dahi öndər Heydər Əliyevin sərhəd mühafizəsi sahəsindəki ideya və düşüncələrinin əzmlə gerçəkləşdirilməsi, dövlət sərhədlərinin toxunulmazlığının təminatı məsələlə¬ri¬nə Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Koman¬danı cənab İlham Əliyevin ali diqqəti nəticəsində mümkün olub.
Prezident İlham Əliyevin sentyabrın 7-də DSX Sahil Mühafi¬zə¬sinin “Gəmi inşası zavodu”nda inşası yekunlaşıb ikinci dərəcəli sərhəd gözətçi gəmisi ilə tanış olması, dəniz sərhədlərinin mühafizəsi və neft-qaz infrastruk¬turu¬nun mühafizəsi üzrə mühüm tapşırıqlar verməsi, DSX komandanlığını növbəti ali hərbi rütbələrə layiq bilməsi, DSX əməkdaşlarını orden və medallarla təltif etmə¬si bütün şəxsi heyət tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb.
2015-ci ildə Dövlət Sərhəd Xidməti tərəfindən əldə olunmuş nailiyyətlər sırasında:
-may ayının 18-20 tarixlərində “Ağgöl” səhra təlim mərkəzində çevik hərəkət bölmələrinin və aviasiya qüvvələrinin cəlb edilməsi ilə geniş miqyaslı taktiki təlimin keçirilməsi hərbi qulluqçular tərəfindən möhkəm intizam, yüksək peşəkarlıq və döyüş hazırlığının nümayiş etdirilməsi;
-DSX Sahil Mühafizəsinin sərhəd gözətçi gəmilərinin sualtı mühafizə imkan¬larının gücləndirilməsi, 4 yeni gəminin dəniz kompanyasına qəbul olunması ;
-sentyabr ayının 28-30 tarixlərində RF-nın Sərhəd Xidməti ilə “Xəzər dəni¬zin¬də birgə sərhəd təlimlərinin keçirilməsi, təlimlər zamanı müxtəlif şəraitlərdə verilən tapşırıqların müvəffəqiyyətlə yerinə yetirilməsi bacarığı;
-noyabr ayının 24-26 tarixlərində “Ağgöl” səhra təlim mərkəzində Dövlət Sər¬həd Xidmətinin çevik hərəkət bölmələrinin və aviasiya qüvvələrinin döyüş hazırlığı səviyyəsinin yoxlanılması, aviasiya və döyüş texnikasının birgə döyüş tətbiqi üzrə idarəetmə orqanlarının uğurlu fəaliyyətinin nümayiş etdirilməsi;
-dekabr ayının 5-də DSX-nin “Sitalçay” tədris mərkəzində yeni təlim poliqo¬nu¬nun xidməti istifadəyə verilməsi;
-sərhəd aviasiyasının xidməti-döyüş imkanlarının və uçuş heyətinin peşəkar¬lıq səviyyəsinin artırılması;
-dövlət sərhədlərinin mühafizəsində yüksək rabitə texnologiyalarının, o cümlədən “Azərsky” peykinin imkanlarından istifadə edilməsi;
-DSX Akademiyasının 4-cü buraxılışı olan gənc leytenantların, o cümlədən ilk dəfə dənizçi və aviasiya ixtisaslı zabitlərin “Dövlət Bayrağı Meydanı”nda sərhəd¬çi andını qəbul etmələri, Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə xüsusi təyinatlı orta təhsil müəssisəsi statusunun verilməsi, Xüsusi Məktəbin ilk məzunlarının DSX Akademiyasına daxil olmaları;
-Dövlət Sərhəd Xidmətinin hərbi hissələrində, sərhəd bölmələrində “Valideyn günləri”nin keçirilməsi təcrübəsinin uğurla davam etdirilməsi, hesabat dövrün¬də 74 bu cür görüşün keçirilməsi qeyd olunmalıdır.
2015-cü ildə dövlət sərhədini pozduğuna görə 461, sərhəd rejimi qaydalarını pozduqlarına görə 16 min 648 nəfər saxlanılmışdır. Onların 55,1% Azərbaycan, 8,5% Özbəkistan, 7,6% İran, 4,3% Banqladeş, 3,9% Əfqanıstan, 2,6% Gürcüstan, 2,4% Moldova, 2,2% Rusiya, 1,7% Türkiyə, 1,3% Nigeriya, 1,3% Qırğızıstan, 9,1% digər ölkə vətəndaşları olmuşlar.
İl ərzində 4011 nəfər axtarışda olan şəxs tutulmuş, 269 nəfər saxta, 30 nəfər özgəsinin sənədi ilə və 20 nəfər gizli şəkildə sərhəd nəzarəti məntəqələrindən keçməyə cəhd edərkən saxlanılıb.
2015-ci il ərzində 5 milyon 242 min manat dəyərində qaçaqmal tutulub, 164 kq 858 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb. 21,1 ton yabanı halda bitmiş narkotik tərkibli bitki aşkarlanaraq məhv edilib.
Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədilə xarici xüsusi xid¬mət orqanları ilə əlaqədə şübhəli bilinən 7 AR, 1 əcnəbi vətəndaş, məxfi əməkdaşlığa cəlb olunmuş 2 AR vətəndaşı müəyyən olunmuş xaricdə münaqişə zonalarında döyüşmüş 11 Azərbaycan vətəndaşı saxlanılıb, qanunsuz miqra¬siya, qaçaqmalçılıq, narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 16 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib.
Xəzər dənizində sərhəd rejiminə nəzarət məqsədilə Azərbaycana məxsus 73, Rusiyaya məxsus 19, İrana məxsus 6, Qazaxıstana məxsus 1 gəmiyə, Türkmə¬nistana məxsus 6 gəmiyə, Azərbaycana məxsus 363 kiçik həcmli üzmə vasitəsinə baxış keçirilib. Azərbayacan məxsus 13 gəmi, digər dövlətlərə məxsus 4 gəmi və AR-ə məxsus 179 qayıq, o cümlədən 347 nəfər heyət üzvü barəsində zəruri tədbirlər görülüb. Hesabat dövründə DSX Sahil Mühafizəsi tərəfindən 4 halda dənizdə xilasetmə əməliyyatları keçirilmiş, 8 nəfər vətəndaş xilas edilib.
Sərhəd sularında keçirilən rejim tədbirləri zamanı dənizdə qanunsuz qurulmuş, üzmə vasitələrinin hərəkəti üçün təhlükəli olan balıq ovlama vasitələri – 18,8 min metr tor, 4 min ədəd qarmaq yığılıb.
Dövlət sərhədlərinin mühafizəsi infrastrukturunun təkmilləşdirilməsi tədbirləri uğurla davam etdirilib, 124 binadan ibarət 24 tikinti kompleksinin əsaslı təmir-tikintisi, hərbi hissələrdə zabit-gizir heyətinin məişət şəraitinin yaxşılaşdırılması üzrə 432 mənzilin inşası həyata keçirilmiş, 50 xidməti mənzil istifadəyə verilib. Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları üçün Bakı şəhərində 600 mənzildən ibarət yaşayış şəhərciyinin inşası yekunlaşdırılmış və güzəştli ipoteka şərtləri əsasında şəxsi heyətin xüsusi mülkiyyətinə verilməsi təmin olunub.
Hesabat müşavirəsinin sonunda Azərbaycan Respublikası Prezidentinin Sərən¬camları ilə təltif olunmuş hərbi qulluqçulara orden, medallar və fəxri adların döş nişanları təqdim olunub.
Tural







 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
18.09.2018
Ağsuda dini ayinlərin qanunazidd icrası faktı aşkarlanıb
18.09.2018
Aeroportda mülki pilotsuz aparatların uçuşlarına Vahid Nəzarət Mərkəzi yaradılır
18.09.2018
Təhlükəsiz avtomobil idarəetmə mövzusunda dəyirmi masa
18.09.2018
“Maarifləndirici tədbirlərin nəticəsi olacaq”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info