Qalib jurnalistlər mükafatlandırıldı
Tarix: 25.12.2015 | Saat: 20:35:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə keçirdiyi fərdi jurnalist müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
KİVDF-nin icraçı direktoru Vüqar Səfərli deyib ki, 2015-ci il Azərbaycan üçün çox yadda qalan illərdən biri olub: “Bu il Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Bu il Azərbaycanda Birinci Avropa Oyunları keçirildi. Bu oyunlar Azərbaycanı bütün dünyaya tanıtdı və ölkəmiz bir nümunə göstərdi. 2015-ci ilə milli mətbuatımızın 140 illiyi keçirildi. Möhtərəm prezidentimiz sərəncam imzaladı və 180 jurnalistə fəxri adlar verildi, ordenlər və medallar təqdim edildi”.

V. Səfərli bildirib ki, fond il ərzində 11 fərdi yazı müsabiqəsi təşkil edib, 600-dən artıq jurnalist bu müsabiqələrdə iştirak edib, 450-yə yaxın jurnalist mükafatlandırılıb: “Bu müsabiqəyə 60 media orqanından 156 yazı təqdim olunub. Yazılar 12 ekspert tərəfindən qiymətləndirilib. Qiymətləndirmə nəticəsində 113 qalib müəyyənləşib”.

Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Azərbaycan mediasının inkişafı və qarşıda duran məsələlərdən danışıb.

Mətbuat Şurasının sədri Əflatun Amaşov jurnalistikanın xalqın mili şüurunun oyanmasında və müstəqil dövlət quruculuğunda mühüm rol oynadığını vurğulayıb: “Ona görə də Azərbaycan jurnalistikası kifayət qədər böyük hörmətə layiqdir. Bir məqamı qeyd edim. Jurnalistlər üçün yaşayış binası tikildi və bu günlərdə jurnalistlərə mənzillərin çıxarışı verildi. Azərbaycan Prezidenti İlham Əliyevi jurnalistlər adından Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edirik”.
Daha sonra müsabiqə qalibləri mükafatlandırılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.04.2019
Azərbaycanda “İKT-də qızlar“ günü
25.04.2019
“Həkimlər valideynlərin dili ilə“
25.04.2019
“Loqos“ elmi-publisistik psixoloji jurnalı MŞ-nin üzv oldu
25.04.2019
DİM qabiliyyət imtahanlarında edilən dəyişiklikləri açıqlayıb
25.04.2019
Müharibə veteranlarına birdəfəlik maddi yardımın verilməsi mayın 5-ə qədər yekunlaşacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10759

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 Artıq bəzi sözlər yeni qaydalar əsasında yazılmalıdır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info