Taekvondo üzrə Azərbaycan çempionatı
Tarix: 26.12.2015 | Saat: 00:45:00 | E-mail | Çapa göndər


Dünən “Sərhədçi” Olimpiya İdman Mərkəzində böyüklər arasında taekvondo üzrə Azərbaycan çempionatına start verilib.
Azərbaycan Taekvondo Federasiyasının (ATF), Gənclər və İdman Nazirliyinin birgə təşkil etdiyi çempionatda paytaxtda və bölgələrdə fəaliyyət göstərən komandaların idmançıları mübarizə aparırlar. Çempionat ölkəmizdə taekvondonun təbliği və inkişaf etdirilməsi, respublikada fəaliyyət göstərən taekvondo bölmələrinin işinin təkmilləşdirilməsi, yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, federasiya mütəxəssislərinin və hakimlərinin peşəkarlığının, idmançıların yarış təcrübəsinin və ustalığının artırılması məqsədini daşıyır. Üç gün davam edəcək turnirdə səkkiz çəki dərəcəsi üzrə kişi və qadın taekvondoçular yarışırlar. Çempionatın birinci günündə kişilərin yarışında 54, 63 və 87, qızlar arasında isə 67 kiloqram çəki dərəcələri üzrə mübarizə aparılır. Yarışların keçirilməsinə federasiyanın hakimlər və təşkilat komitələri rəhbərlik edir. “Daeodo” beynəlxalq taekvondo sistemi ilə keçirilən turnirdə “video-təkrar” sistemi də tətbiq olunur. Gənclər arasında taekvondo üzrə respublika birinciliyində isə üçüncü gününün qalibləri məlum olub. Yarışda oğlanların mübarizəsində Əli İsazadə (51 kq), Qaşım Maqomedov (55 kq) və Orxan Tağızadə (78 kq), qızların mübarizəsində isə Şəms İsayeva (52 kq), Sevil Zamanova (63 kq) və Jalə Əsədli (68 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Qalib idmançılar diplom və medallarla təltif ediliblər. Birincilikdə paytaxtda və bölgələrdə fəaliyyət göstərən komandaların idmançıları yarışıblar.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Sumqayıtda IV Uşaq Paralimpiya İdman Oyunlarının açılış mərasimi keçirilib
14.11.2018
“London-2018”: Maqnus Karlsen və Fabiano Karuanadan növbəti heç-heçə
13.11.2018
Aşihara karateçilərimiz dünya çempionatında 8 medal qazanıblar
13.11.2018
Karateçilərimiz dünya çempionatını üç medalla başa vurublar
13.11.2018
KİV: Santyaqo Solari “Real Madrid“in baş məşqçisi olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info