Sektorlararası əməkdaşlıqda vətəndaş cəmiyyətinin rolu
Tarix: 26.12.2015 | Saat: 00:52:00 | E-mail | Çapa göndər


Müasir dünyada qloballaşmanın sürətli inkişafı və müxtəlif inkişaf etmiş dövlətlərin getdikcə daha da artan innovasiyalar sahəsindəki nailiyyətləri idarəetmədə yeni metodların tətbiqinə imkan verir. Son onilliklərdə əksər ölkələr dövlət paternalizmindən imtina edir, bərabərhüquqlu dövlət, özəl sektor və vətəndaş cəmiyyəti əməkdaşlığına xüsusi diqqət yetirirlər.
Müasir anlamda dövlət-özəl-vətəndaş cəmiyyəti əməkdaşlığı ictimai məzmun daşıyan beynəlxalq, milli və lokal layihələrin həyata keçirilməsi məqsədi ilə bu sektorlar arasında yaradılmış institusional və təşkilati alyans kimi başa düşülür. Nəzərə alsaq ki, hər üç sektor cəmiyyətin idarə edilməsindən mühüm iştirak edir və bu baxımdan onlar arasında əməkdaşlıq vacibdir. Son illər siyasi,sosial,iqtisadi və digər sahələrdə bir sıra uğurlara imza atan Azərbaycan üçün də sektorlararası əməkdaşlığın elmi cəhətdən araşdırılması, öyrənilməsi, təşkili və tətbiqi mühüm əhəmiyyət kəsb edir. İdarəetmənin bu sahəsi ölkəmizdə sistemli şəkildə öyrənilməyən və tətbiq edilməyən sahələrdən biridir.
Sektorlararası əməkdaşlıq ideyası məhz bu üç sektorda fəaliyyət göstərən qurumları bir araya gətirmək, onların səylərini birləşdirmək və mövcud problemlərin həllində onların imkanlardan birgə istifadə etmək üçün meydana çıxmışdır. Sektorlararası əməkdaşlıq ideyası ilk dəfə Avropa ölkələrində 1990-cı illərdən yaranmağa və formalaşmağa başlamışdır. Danimarkada sektorlararası əməkdaşlıq iş yerlərində sosial təcrid olunmanın qarşısının alınması və cəmiyyətin təcrid olunan həssas təbəqələrinin əmək bazarına inteqrasiyası məsələsinin həll olunmasına yönəlmişdir. 2013-cü ildə İtaliyanın Əmək Nazirliyi və Sosial Siyasət İdarəsinin korporativ sosial məsuliyyətə dair Milli Fəaliyyət Planında qeyd etdiyi əsas prioritetlərdən biri də sosial müəssisələr və üçüncü sektor təşəbbüslərinin, fəal vətəndaşlığın və vətəndaş cəmiyyəti təşkilatlarının stimullaşdırılmasıdır. Qərb ölkələrində sektorlararası əməkdaşlıq ideyası yaranıb formalaşmazdan əvvəl bu sektorlar arasındakı münasibətlərin paradiqması mübadiləçi xarakter daşıyırdı.Yəni sektorlar bir-biri ilə ehtiyatla və qapalı davranır, etibar etmir və bir-biri barədə stereotipik anlayışlara sahib idilər: Bu dövrdə dövlət sektoru - bürokratikdir, avtoritar meyillər güclüdür, qərarvermə proseslərində şəffaflıq və hesabatlılıq aşağı səviyyədədir; Özəl sektor - daha çox mənfəət əldə etməyi düşünür, iqtisadi və şəxsi maraqları üstündür; Vətəndaş cəmiyyəti - idealistdir, hər zaman maliyyə axtarışındadır. Son illərdə dövlətlərin siyasi, sosial-iqtisadi sahədə bir sıra nailiyyətlər əldə etməsi, eyni zamanda özəl sektorun və vətəndaş cəmiyyətinin inkişafı ilə sektorlar bir-birinə olan münasibətlərinə də yenidən nəzər salmaq qərarına gəldilər. Aydın oldu ki, yeni şərait sektorların, əslində, bir-biri ilə qarşılıqlı əlaqçdə olmasını tələb edir və məntiq onların biri olmadan digərinin keçinə bilməyəcəyinə işarə edir. Münasibətlər paradiqmasını dəyişmək təxirəsalınmaz bir ehtiyaca çevrildi. Sektorlar bu ehtiyacı aşağıdakı aspektlərdən hiss edirlər: Dövlət sektoru-mövcud sosial ehtiyaclar və sosial xidmətlərin təşkilindəki problemlər; azalmaqda olan ictimai resurslar və ictimai xidmətlərin inkişaf etdirilməsi üçün alternativ resursların araşdırılması ehtiyacı; şəffaflıq, hesabatlılıq və qərarların hazırlanması proseslərində iştirakçılıqla bağlı ictimaiyyətin artmaqda olan tələbi və s.Özəl sektor: korporativ vətəndaşlıq və sosial məsuliyyətlə bağlı qlobal tendensiya; imici ictimailəşdirmək və ictimai hesabatlılığı artırmaq ehtiyacı;sosial gündəmə çıxmaqla bəzi həssas məsələlərlə bağlı ictimai təzyiqi yüngülləşdirmək ehtiyacı və s. Vətəndaş cəmiyyəti: maliyyə və maliyyə mənbələrinin çeşidini artırma ehtiyacı;ictimai hesabatlılıqla bağlı artmaqda olan tələbat və öz fəaliyyətinin təsirini artırmaq üçün özəl sektorun idarəçilik təcrübəsindən bir şeylər əxz etmək istəyi və s. Yuxarıda sadala nan bu və ya digər amillər sektorları üçtərəfli əməkdaşlığı tələb edir və münasibətlərin yeni paradiqması olan sinerji modelini yaradır. Bu model tərəflər arasında qarşılıqlı inama, ümumi məqsədlər uğrunda birgə fəaliyyətə təşviq edir.
Sektorlararası əməkdaşlıq ideyası Azərbaycan üçün yeni hesab oluna bilər. Son illərdə ölkəmizdə mövcud problemlərin həlli, sosial, iqtisadi və digər uğurlara nail olmaq üçün dövlət-özəl sektor, dövlət- vətəndaş cəmiyyəti, özəl sektor-vətəndaş cəmiyyəti aralarında ikitərəfli münasibətlərin inkişafı istiqamətində müəyyən işlər görülsə də, üçtərəfli əməkdaşlıq sahəsində bir sıra boşluqlar mövcuddur. Sektorlararası münasibətlərində mövcud olan problemləri belə qruplaşdırmaq olar: Hər üç sektorun hələ də bir-birinə ehtiyatlı münasibəti, əməkdaşlıqdan və tərəfdaşlıqdan çəkinməsi, təklif və təşəbbüslərinə lazımi diqqət yetirilməməsi; beynəlxalq təcrübənin kifayət qədər öyrənilməməsi; sektorlararası əməkdaşlığın institusional mexanizmlərinin mükəmməl olmaması; biznes və vətədaş cəmiyyəti sektorlarının dövlət proqramlarının hazırlanmasına və icrasına zəif cəlb edilməsi; sektorlararası əməkdaşlığı nəzərdə tutan konkret proqramların olmaması;sektorlararası əməkdaşlıq ideyasının əhəmiyyəti və təbliği sahəsində maarifləndirmə işinin zəifliyi və s.Göstərilən problemlərin aradan qaldırılması üçün bu tədbirlərin həyata keçirilməsi məqsədə uyğundur:sektorlararası əməkdaşlıq sahəsində beynəlxalq təcrübənin öyrənilməsi;sektorlararası əməkdaşlığın və tərəfdaşlığın inkişaf etdirilməsini nəzərdə tutan proqramların hazırlanması və həyata keçirilməsi;dövlət orqanları tərəfindən hazırlanan və icra olunan dövlət proqramlarına digər sektorların aktiv cəlb edilməsi; sektorlararası əməkdaşlığın əhəmiyyəti, inkişaf məsələləri üzrə ümumrespublika və regional forumların, konfransların, dəyirmi masaların, seminarların və s. belə tədbirlərin müntəzəm keçirilməsi və s. Sektorlararası əməkdaşlığın təşkili və menecmentinin əhəmiyyəti Azərbaycan üçün göstərilən üstünlükləri verə bilər: neft gəlirlərinin azaldığı bir şəraitdə investisiya layihələrini özəl sektoru və vətəndaş cəmiyyətinin imkanları hesabına reallaşdırmaq;özəl sektoru və vətəndaş cəmiyyətinin təcrübə, maliyyə və texnoloji imkanlarından faydalanmaq; layihələrlə bağlı risklərin bir hissəsini özəl sektor və vətəndaş cəmiyyəti ilə bölüşmək imkanı;təqdim olunan ictimai xidmətlərin keyfiyyətinin yüksəldilməsi və s.
Sektorlararası əməkdaşlıq anlayışı və menecmenti məsələlərini təhlil edərkən aydın olur ki, cəmiyyətin idarə olunmasında iştirak edən hər üç sektor öz məqsədlərini həyata keçirmək üçün qarşılıqlı fəaliyyət göstərmək məcburiyyətindədir. Araşdırmalar zamanı məlum olur ki, müasir dövrümüzdə bir çox ölkələrdə artıq dövlətin iqtisadi, sosial fəaliyyətləri biznes strukturları və vətəndaş cəmiyyəti tərəfindən icra olunur və bu sektorlar arasında işbirliyi ildən-ilə artır. Eyni zamanda məlum olur ki, hər bir ölkənin davamlı inkişafına nail olmaq üçün yerinə yetirilməsi vacib olan şərtlərin hər birinin reallaşdırılması təkbaşına bir sektorun imkanları xaricindədir. Ölkəmizdə sektorlararası əməkdaşlıq ideyasının, eyni zamanda təşkili və menecmenti məsələlərinin öyrənilməsinə böyük ehtiyac var. Bu gün Azərbaycanda da davamlı inkişaf hədəfinə nail olmaq üçün qeyd olunan hər bir fəaliyyətin xarakterinə və mahiyyətinə uyğun olaraq həm dövlət, həm biznes, həm də vətəndaş cəmiyyətinin bərabər fəaliyyət göstərməsi vacibdir.
Elməddin Hacılı




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info