Ədəbiyyatşünas alimlər cari ilin hesabatını verib
Tarix: 26.12.2015 | Saat: 00:55:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında bu elmi-tədqiqat müəssisəsinin Elmi Şurasının növbəti iclası keçirilib.
İclası giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq humanitar və ictimai elmlər üzrə 2015-ci ilin əhəmiyyətli hadisələri barədə geniş və ətraflı məlumat verib. Akademik Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə AMEA-nın 70 illik yubileyi münasibətilə akademiya işçilərinin, o cümlədən rəhbərlik etdiyi elmi-tədqiqat müəssisəsinin əməkdaşlarının dövlət mükafatları ilə təltif edilməsini ölkə rəhbərliyinin elmə və elm adamlarına göstərdiyi diqqət və qayğının bariz nümunəsi olduğunu vurğulayıb. Ölkə Prezidentinin AMEA-nın yubileyində iştirakını və dərin məzmunlu çıxışını elmi sferada gələcək tədqiqatların aparılması sahəsində yeni istiqamətlərin meydana qoyduğunu xatırladan akademik İsa Həbibbəyli kollektiv adından ölkə başçısına minnətdarlığını ifadə edib. Akademik İsa Həbibbəyli cari ildə institutda aparılan elmi-tədqiqat işlərinin mühüm istiqamətləri, ədəbi araşdırmaların müasir müstəqillik dövrünün tələblərinə uyğunlaşdırılması və növbəti dövr üçün proqram xarakterli gələcək fəaliyyət istiqamətləri barədə ətraflı söhbət açıb. Son illərdə Ədəbiyyat İnstitutunda aparılan elmi-tədqiqat işlərinin geniş əhatə dairəsinə malik olduğunu diqqətə çatdıran akademik 7 cildlik Azərbaycan ədəbiyyatı tarixinin 5-ci cildinin və 10 cildlik ədəbiyyat tarixi çoxcildliyinin 1-ci cildinin üzərində son redaktə işlərinin aparıldığını bildirib. Sonra Nizami adına Ədəbiyyat İnstitutunun elmi katibi, filologiya elmləri doktoru, professor Bədirxan Əhmədov institutun cari ildə gördüyü işlər haqqında hesabat məruzəsi ilə çıxış edib. Filologiya elmləri doktorları Şirindil Alışanlı, Məhərrəm Qasımlı, Mahirə Quliyeva, Tahirə Məmməd, Qəzənfər Paşayev və başqaları məruzə ətrafında çıxış ediblər. AMEA Humanitar Elmlər Bölməsinin üzvü, müxbir üzv Təhsin Mütəllimov çıxış edərək Nizami adına Ədəbiyyat İnstitutunun son illərdə, o cümlədən bu il qazandığı nailiyyətləri yüksək qiymətləndirib. Sonda akademik İsa Həbibbəyli yekun sözü ilə çıxış edərək hesabat məruzəsinin bəzi detalları ilə bağlı ətraflı danışıb, mövcud problemlər barədə təkliflərini bildirərək növbəti ildə qarşıda duran vəzifələr üzrə müvafiq tövsiyə və tapşırıqlarını bildirib.
Nigar




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək
20.09.2018
600-dən çox adam sahilyanı ərazini 5 ton tullantıdan təmizlədi
20.09.2018
Azərbaycanda dünyanın ilk kurqan arxeoparkı yaradılacaq
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info