Fransada Azərbaycanla bağlı arxeoloji materiallar aşkarlanıb
Tarix: 28.12.2015 | Saat: 15:08:00 | E-mail | Çapa göndər


Milli Azərbaycan Tarixi Muzeyinin arxeologiya elmi fond şöbəsinin müdiri Nasir Quluzadə Fransada Sen-Jermen-en-Laye Milli Arxeologiya Muzeyində fransız arxeoloq Jak de Morqanın 1889-1891-ci illərdə Azərbaycan ərazisində aşkar edərək, ölkəsinə apardığı qədim maddi mədəniyyət nümunələri ilə tanış olub.
Muzeydən verilən məlumata görə, N.Quluzadə ümumilikdə 548 ədəd qədim əşya ilə bağlı zəruri məlumatları qeydə alıb. 502 ədəd qədim əşya Azərbaycanın cənub bölgəsinin Aspa-His, Amarat, Cönü, Mistan, Hovil, Cucik, Veri və Hiveri abidələrindən, eləcə də İranın Lor-Dağı, Monidigiyir abidələrindən tapılıb. Aspa-Hiz abidəsindən tapılmış arxeoloji əşyalardan 4 ədədi tunc, 25 ədədi isə dəmir silah nümunəsidir.
N.Quluzadə tərəfindən öyrənilmiş bütün tapıntılar Talış-Muğan mədəniyyətinə aid olub, e.ə. II minilliyin sonlarına - I minilliyin əvvəllərinə aiddir. Yalnız 2 ədəd saxsı qab hazırlanma texnikasına və üslubuna görə islam dövrünün – VIII-XI əsrlərin nümunələrini xatırladır.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib
19.09.2018
Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info