Şahin İsmayilov: “Azərbaycan dünyaya bir ilk bəxş etdi”
Tarix: 28.12.2015 | Saat: 15:21:00 | E-mail | Çapa göndər


ATGTİ-nin sədri, Milli Məclisin deputatı Şahin İsmayilov 2015-ci ilin yekunları ilə bağlı fikirlərini paylaşıb. O deyib: “Bildiyimiz kimi, 2015-2016-cı tədris ilinin I yarısı artıq sona çatır, ali və orta ixtisas təhsili müəssisələrində tələbələr I semestrin yekun imtahanlarına hazırlaşırlar. Eyni zamanda təhsil müəssisələrində fəaliyyət göstərən Tələbə Gənclər Təşkilatları son sessiya hazırlıqlarını görüblər. İnanıram ki, tələbələrimiz ictimai fəaliyyətdə fəal olduqları kimi akademik göstəricilərində də uğurlar əldə edəcəklər.
Ümumilikdə, 2015-ci il tələbələrimiz üçün uğurlu il oldu. Respublikamızın böyük beynəlxalq yarışlara və müsabiqələrə ev sahibliyi etməsi tələbələrimizin yüksək səviyyədə təcrübə qazanmasına, xarici dil biliklərinin inkişaf etdirilməsinə, beynəlxalq idarəçilik sistemi barəsində yeni bilik və vərdişlər qazanmasına, eləcə də, asudə vaxtlarının səmərəli təşkilinə əvəzsiz şərait yaratmış oldu. Buna misal olaraq, “Bakı 2015” Birinci Avropa Oyunlarını xatırlatmaq istərdim. Bildiyimiz kimi, Avropa Oyunlarına 18.000-ə yaxın könüllü cəlb edilmişdi və onların əksəriyyəti tələbə-gənclər idi. Ölkəmizdə ilk dəfə idi ki, bu qədər sayda könüllü bir məqsəd, bir amal üçün var gücünü ortaya qoymuşdu. Nəticədə Azərbaycan dünyaya bir ilk bəxş etdi. Mən xüsusilə bəzi məqamları qeyd etmək istərdim. Oyunlardan sonra könüllülər “Könüllülük pasportu” ilə təmin olundular. Tələbələrimiz üçün ən əsas mükafat isə Prezident İlham Əliyev və “Bakı 2015” Avropa Oyunları Əməliyyat Komitəsinin rəhbəri, birinci xanım Mehriban Əliyevanın imzası ilə “Təşəkkürnamə”lər oldu. Qeyd edim ki, indiyə qədər çox ölkələrdə olimpiya oyunları, müxtəlif qitə yarışları keçirilib, amma heç bir ölkə prezidenti tərəfindən könüllülərə bu cür diqqət ayrılmayıb. Təhsil sahəsində bir sıra yeniliklər oldu. Prezident İlham Əliyevin imzaladığı sərəncam əsasında artıq ödənişli əsaslarla təhsil alan tələbələrimiz də təqaüd alma imkanı əldə etdilər. Hesab edirəm ki, bu addım tələbələrin elmə, təhsilə həvəsləndirilməsində çox mühüm addımdır.
Düşünürəm ki, tələbələrə belə bir şəraitin yaradılması dövlətimizin onlara nə qədər etimad və etibar etdiyinin, verdiyi dəyərin göstəricisidir. Yuxarıda qeyd etdiyim məqamlar 2015-ci ilin tələbələr üçün çox uğurlu keçdiyinin isbatıdır. İnanıram ki, tələbələrimiz bu il ərzində qazandıqları uğurların davamı olaraq qarşıdan gələn sessiya imtahanlarında müsbət nəticələr əldə edəcəklər.
Mən bütün Azərbaycan xalqını, o cümlədən tələbələrimizi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə təbrik edirəm! Tələbələrimizə imtahanlarda müvəffəqiyyətlər arzulayıram”.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.06.2019
Elçibəyin xanımının hüzr mərasimi Heydər Məscidində keçiriləcək
18.06.2019
CASCFEN sonuncu seminarını Sabunçu rayonunda keçirib
18.06.2019
“Azərxalça”nın Qazax, Tovuz və Şəmkir filiallarının xalçaları qəbul edilib
18.06.2019
Şamaxıda müharibə veteranlarının və əlillərin toplantısı olub
18.06.2019
IDEA ilə Ümumdünya Turizm Təşkilatı arasında Anlaşma Memorandumu imzalanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10807

1 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
2 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib
3 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
4 Çilidə güclü zəlzələ olub
5 Diaspor rəhbərinə Rusiya Prezidentinin fəxri fərmanı təqdim olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info