“Baş verə biləcək bu dəhşətli hadisə Qafqazda partlayışa səbəb ola bilər”
Tarix: 28.12.2015 | Saat: 15:43:00 | E-mail | Çapa göndər


“Biz bu gün Qafqazda, xüsusən də Qarabağ münaqişəsi ilə bağlı baş verənləri - ağır artilleriya və tanklardan istifadə nəticəsində mülki əhali arasında ölüm hallarını böyük həyəcanla izləyirik”.
“Panarmenian.net” saytının verdiyi xəbərə görə, bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Nikolay Bordyuja bildirib.
N. Bordyuja qeyd edib ki, münaqişənin eskalasiyasının qarşısı alınmalıdır.
“Dövlətlərimizin siyasi resursları vəziyyətin gərginləşməsinin qarşısı almağa yönəlməlidir ki, irimiqyaslı hərbi münaqişə baş verməsin. Baş verə biləcək bu dəhşətli hadisə bütün Qafqazda partlayışa səbəb ola bilər”, - deyə N. Bordyuja qeyd edib.
O bildirib ki, münaqişənin həlli üçün siyasi metodlardan istifadə etmək lazımdır.
Xatırladaq ki, dekabrın 21-də Moskvada KTMT sammitində Ermənistan prezidenti Serj Sarkisyan quruma üzv dövlətlərin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini tənqid edərək Azərbaycanın atəşkəsi pozmaqla Astana, Düşənbə, Moskva və Minskə də atəş açdığını bildirib. Azərbaycan Xarici İşlər Nazirliyi isə Ermənistan rəhbərliyinin çıxışını avantüra adlandıraraq bunu hərbi diktatura rejimləri üçün xarakterik xüsusiyyət olduğunu bəyan edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.03.2019
Astana şəhərinin yeni adı Nur-Sultan oldu
22.03.2019
Ermənistanda qazın qiyməti artacaq
21.03.2019
“Ermənistan hakimiyyəti Qarabağ danışıqlarına hazır deyil“
20.03.2019
Dariqa Nazarbayeva Qazaxıstan parlamenti Senatının sədri seçilib
19.03.2019
Ermənistan Azərbaycanla azaraq sərhədi keçmiş vətəndaşların mübadiləsinə hazırdır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info