Nardaran küçələrinin yenidən qurulması davam etdirilir
Tarix: 28.12.2015 | Saat: 15:45:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin tapşırığına əsasən Bakının Nardaran qəsəbəsinin abadlaşdırılması, qəsəbədəki sosial – mədəni infrastrukturun yenilənməsi və qəsəbənin sosial problemlərinin həlli məqsədi ilə işlər davam etdirilir.
Bu çərçivədə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən qəsəbənin mərkəzi küçələrində təmir-tikinti işləri sürətlə və yüksək keyfiyyətlə davam etdirilir.
İlkin olaraq qəsəbənin Abşeron küçəsinin yenidənqurulması işləri aparılır. Yenidənqurulan küçənin uzunluğu 2220 metr, ortalama eni isə 8 metrdir. Təmir-tikinti işləri çərçivəsində yolun genişləndirilərək 18 metrə çatdırılması nəzərdə tutulub. Hazırda bu məqsədlə söküntü işlər aparılır. Söküntü aparılan hissələrdə yeni hasar tikilir, yol yatağı bərkidilir.
Paralel olaraq küçə boyu yeraltı kommunikasiya xətlərinin ( su, qaz, kanalizasiya) çəkilişi ilə məşğul olan qurumlar da öz işlərini aparırlar. Sözügedən küçədə kompleks şəkildə görülən işlər gələcəkdə yolun hərəkət hissəsinin vaxtından əvvəl sıradan çıxmasını sığortalamış olacaq.
Abşeron küçəsinin yenidən qurulması layihəsinə uyğun olaraq nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətini təmin etmək məqsədi ilə Abşeron küçəsi hər biri 3,5 metr enində olmaqla 4 hərəkət zolağından ibarət olacaq. Piyadaların da rahatlığı nəzərə alınaraq hər iki istiqamət üzrə yolun kənarlarında 1,25 metr enində səkilər tikiləcək, 4500 paqon-metr səki daşı düzüləcək. 40 min kvadrat metr sahəyə yeni asfalt-beton örtüyü döşənəcək, işıqlandırma sistemləri qurulacaq.
Anoloji işlər qəsəbənin Nəsrulla Əsgərov küçəsində də aparılması nəzərdə tutulub. Bu küçənin uzunluğu 780 metr, ortalama eni isə 6 metrdir. Bu küçənin də genişləndirilərək 14 metrə çatdırılması planlaşdırılır. Layihəyə uyğun olaraq küçə hər biri 3 metr enində olmaqla 4 hərəkət zolağından ibarət olacaq.
Piyadaların rahat və təhlükəsiz hərəkəti üçün hər iki istiqamət üzrə yolun kənarlarında 1metrenində səkilər tikiləcək, 1500 paqon-metr səki daşı düzüləcək. 11 min kvadrat metr sahəyə yeni asfalt-beton örtüyü döşənəcək, işıqlandırma sistemləri qurulacaq.
Yenidənqurma işləri Nəqliyyat nazirliyi rəhbərliyinin nəzarəti altında “Azəryolservis” ASC tərəfindən yüksək keyfiyyətlə aparılır və vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
“Ekspro” şirkəti Azərbaycanın neft-qaz sahəsində mövqeyini gücləndirir
15.11.2018
Azərbaycan ən çox İtaliyaya satır, Rusiyadan alır
14.11.2018
Büdcə haqqında qanun layihəsi birinci oxunuşda təsdiq edilib
14.11.2018
ABŞ nəşri: “Bakı Limanı İpək Yolunda ticarət üçün əhəmiyyətli bir dəhlizdir”
14.11.2018
Türk Hava Yolları: Yüklənmə səviyyəsi oktyabr ayında 83,4%-ə çatıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10473

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info