Metroda mətbuat xidmətinin rəhbəri Şaxta baba oldu
Tarix: 28.12.2015 | Saat: 15:47:00 | E-mail | Çapa göndər


"Bakı Mertopoliteni" Qapalı Səhmdar Cəmiyyəti metro stansiyalarında növbəti sosial aksiyaya başlayıb. Bu gündən etibarən metro stansiyalarında 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və 1 yanvar - Yeni il münasibətilə tədbir keçirilir. Tədbir çərçivəsində Şaxta Baba və Qar qız metro stansiyalarında sərnişinlərlə görüşəcək, onlara bayram əhvalı yaşadacaq.
Bundan başqa, Şaxta baba metronun kiçik sərnişinlərinə, yəni uşaqlara müxtəlif hədiyyələr, oyuncaqlar hədiyyə edəcək.
Açılış zamanı "Bakı Mertopoliteni" Qapalı Səhmdar Cəmiyyəti jurnalistlərə və sərnişinlərə sürpriz etdi. Məlum oldu ki, tədbirdə Şaxta baba və Qar qız "Bakı Mertopoliteni" Qapalı Səhmdar Cəmiyyətinin rəhbər işçiləridir. Belə ki, Şaxta baba obrazında "Bakı Mertopoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev, Qar qız obrazında isə qurumun marketinq şöbəsinin rəisi Lala Babayevadır.
N.Paşayev bildirib ki, tədbir qurum rəhbərliyinin təklifi ilə baş tutub: "Məqsəd insanları təbrik edib, onlarda xoş əhval-ruhiyyə yaratmaqdır. Bununla yanaşı, həmçinin sərnişinlərin problemləri ilə maraqlanmaqdır. Ola bilsin ki, hansısa sərnişin "Bakı Mertopoliteni" Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyilə hansısa bir məsələ ilə bağlı görüşmək, hansısa təkliflər vermək və ya problemlər barədə məlumat vermək istəyir, amma bunu edə bilmir. Bu məqsədlə də Şaxta baba və Qar qız vasitəsilə sərnişinlər problem və təkliflərini rəhbərliyə çatdıracaqlar.
N.Paşayev bildirib ki, Şaxta baba və Qar qız bütün metro stansiyalarını gəzəcək. Tədbir bir neçə gün davam edəcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info