Şirvanda 100 yerlik uşaq bağçasında tikinti işləri başa çatıb
Tarix: 28.12.2015 | Saat: 18:22:00 | E-mail | Çapa göndər


Şirvan şəhərində müasir tələblərə cavab verən 100 yerlik uşaq bağçası-körpələr evinin tikintisi başa çatıb.
Heydər Əliyev Fondunun təşəbbüsü və maliyyə dəstəyi ilə inşa olunan məktəbəqədər tədris müəssisinin tikintisinə 2014-cü ilin sonlarında başlanılıb. Şəhərin Məmməd Əmin Rəsulzadə küçəsində tikilən ikimərtəbəli bağça binası müasir tələblərə tam cavab verir. Bağçanın yataq, oyun, tədris otaqları lazımi inventarlarla təchiz edilib, mətbəxdə müasir avadanlıqlar quraşdırılıb.
Körpələr evində istilik sistemi qurulub, su və qaz xətti çəkilib, dayanıqlı enerji üçün transformator quraşdırılıb. Tədris müəssisəsinin həyətində abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb. Uşaqların açıq havada əylənməsi üçün oyun meydançaları yaradılıb və müvafiq qurğular quraşdırılıb. Ümumiyyətlə bağçada fidanların təlim-tərbiyəsi üçün bütün zəruri işlər görülüb. Məktəbəqədər tədris müəssisəsinin yaxın günlərdə istifadəyə verilməsi gözlənilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşəcək
18.09.2018
“Ailə münaqişələrinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili”
18.09.2018
Ağcabədi rayonunun Bilağan kəndinə təbii qaz verilib
17.09.2018
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
17.09.2018
Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binası istifadəyə verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info