İlkin əlillik kəskin şəkildə azalıb
Tarix: 28.12.2015 | Saat: 19:10:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əlillik təyinatında şəffaflığın artırılması məqsədilə davam etdirdiyi islahat tədbirlərindən biri kimi, dekabr ayının əvvəlindən ilkin əlillik təyinatı barədə qərarların qəbul edilməsi nazirlikdə yaradılmış səyyar komissiyalar tərəfindən həyata keçirilir.
Komissiyalar müəyyən olunmuş vaxtlarda və müddətlərdə zona Tibbi-Sosial Ekspert Komissiyalarında (TSEK) olaraq, ilkin əlillik dərəcəsi almaq üçün müraciət etmiş vətəndaşların əlilliyinin müayinəsini aparırlar. İlkin əlillik üçün zona TSEK-lərinə müraciət edən şəxslərə əlillik müayinələrinin aparılacağı vaxt barədə əvvəlcədən məlumat verilir. Səyyar komissiyalar həmin vaxtda müayinələri aparır və müayinələrin nəticələrinə uyğun olaraq əlillik dərəcəsinin təyin olunub-olunmaması barədə yerindəcə qərar qəbul edir, vətəndaşa müayinənin nəticəsi barədə dərhal rəsmi məlumat təqdim olunur.
Bu islahat tədbiri respublikada ilkin əlilliyin kəskin şəkildə azalması ilə müşahidə olunur. Belə ki, 01-25 dekabr tarixlərində zona TSEK-lərinə ilkin əlillik təyinatı üçün müraciət edən vətəndaşların qeyd olunan səyyar komissiyalar tərəfindən qanunvericiliyin tələblərinə uyğun şəkildə, şəffaflıq və obyektivlik şəraitində əlillik müayinəsi həyata keçirilib və bu müayinələr nəticəsində ümumilikdə 2941 nəfər vətəndaşdan yalnız - 61,8 faizinə və ya 1787 nəfərinə ilkin əlilliyin təyin olunması barədə qərar qəbul edilib. Ümumilikdə ilkin əlillik təyin olunanların müraciət edən vətəndaşlara nisbəti ötən ilin dekabr ayı ilə müqayisədə 20 faiz azalıb.
Komissiyalar tərəfindən əlillik müayinəsinin nəticələrinə dair məlumatlar nazirliyin müvafiq elektron informasiya sisteminə daxil edilir. Əlillik müayinəsi aparılmış vətəndaşlar bu müayinənin nəticələrinə dair məlumatları nazirliyin “Elektron Hökumət” üzərindən təqdim etdiyi “Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatın verilməsi” e-xidməti vasitəsilə ilə də əldə edə bilərlər.
Prezident İlham Əliyevin 14 sentyabr 2015-ci il tarixli Fərmanına əsasən, tibbi-sosial ekspertiza sisteminin yeni elektron texnologiyalar əsasında avtomatlaşdırılması məqsədilə nazirlikdə Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sisteminin (TSERAS) yaradılması işləri başa çatmaqdadır. Əlillik təyinatı prosesində məmur-vətəndaş təmaslarının azaldılmasına və sahənin tam şəffaflaşdırılmasına xidmət edəcək bu sistemin gələn ilin ilk aylarından tətbiqinə başlanılması nəzərdə tutulur.


Qorqud




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10132

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Yalnızlıq qorxusu


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info