Vergi bəyannəmələrinin yeni formaları təsdiq edilib
Tarix: 28.12.2015 | Saat: 20:36:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 2015-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununun tətbiqi ilə əlaqədar Vergilər Nazirliyi tərəfindən təsdiq edilən normativ-hüquqi sənədlərə müvafiq dəyişikliklər və əlavələr olunub.
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə əlaqədar, “Yaşayış və qeyri-yaşayış sahələrini təqdim edən şəxslərdən notariuslar tərəfindən ödəmə mənbəyində tutulan sadələşdirilmiş verginin bəyannaməsi”, “İdman mərc oyunlarından əldə edilən uduşların ödəmə mənbəyində tutulan gəlir vergisinin bəyannaməsi”, “Sadələşdirilmiş vergi bəyannaməsi”, “Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi”, onların əlavələri və tərtib olunma qaydaları təsdiq edilib.
Bundan əlavə, “Ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan istifadə etmək haqqında” və “Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxsin seçdiyi vergitutma metodu barədə” məlumat formaları da təsdiq edilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
İsveçrə Azərbaycan iqtisadiyyatına 850 milyon dollardan çox investisiya yerləşdirib
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10496

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info