“Junge Welt”: “Səudiyyə Ərəbistanı Rusiyanı dizi üstə çökdürə bilmədi”
Tarix: 29.12.2015 | Saat: 00:49:00 | E-mail | Çapa göndər


BVF: “Neft ucuzlaşmaqda davam edərsə, Səudiyyə Ərəbistanı iflasa uğraya bilər”
“Qərbin Rusiyaya qarşı tətbiq etdiyi qadağalara rəğmən, bu ölkə Çinə xammal təchizatını artıraraq aşağı düşməkdə olan neft qiymətlərinin ölkə iqtisadiyyatına təsirini azaltmağa nail ola bilib. Bundan əlavə, Moskva ABŞ dollarından asılılığı da əsaslı surətdə azaltmağa nail olub”.
Bu barədə Almaniyanın populyar “Junge Welt” nəşri məlumat yayıb. Qəzetin iddiasına görə, Səudiyyə Ərəbistanının neftin qiymətlərini aşağı salmaqla Rusiyanı diz üstə çökdürmək niyyəti də uğur qazanmayıb. Belə ki, Rusiya yeni bazarlara, xüsusilə də Çin bazarına daxil olmağı bacardı. Çin gömrük xidmətinin son məlumatına görə, təkcə 2014-cü il ərzində Səudiyyə Ərəbistanından Çinə ixrac olunan neft məhsulları 55 milyon tondan 20 milyon tona enib. Lakin bu ərəfədə Rusiyadan Çinə ixrac olan xammal ixracı 34 milyon ton artıb. Məhz elə bu ixrac sayəsində Moskva Qərbin tətbiq etdiyi qadağaların təsirini yumşaltmağa nail ola bilib. Bütün bunlarla yanaşı, iki ölkə arasında əməkdaşlıq həm ticarət, həm enerji, həm də iqtisadiyyatın digər sahələrində xeyli inkişaf edib. “Junge Welt” nəşri xüsusi olaraq, Çin-Rusiya münasibətlərinin mühüm hissəsi kimi, bu iki dövlətin neft və digər maliyyə əməliyyatları zamanı milli valyutadan istifadə edərək, ABŞ dollarından asılılığın əhəmiyyətli dərəcədə azaldılması istiqamətində siyasətlərini qeyd edib. Alman nəşri, həmçinin neft qiymətlərinin aşağı düşməsi ilə bağlı Səudiyyə Ərəbistanının özünün qarşılaşdığı maliyyə böhranı ilə mübarizəsinə diqqət çəkir və ölkədə ÜDM-in 20% azaldığını, ölkənin borca sürükləndiyini yazıb. Qeyd edək ki, Beynəlxalq Valyuta Fondu (BVF) dünya birjalarında neftin qiymətinin ucuzlaşmaqda davam edəcəyi təqdirdə Səudiyyə Ərəbistanının qarşıdakı 5 ildə iflasa uğraya biləcəyi qənaətindədir. BVF Səudiyyə Ərəbistanını neft gəlirlərinin sürətlə azaldığı bu dövrdə ölkənin xərclərini azaltmayacağı təqdirdə iflasa uğraya biləcəyi barədə xəbərdarlıq edib. BVF-nin hesabatında Yaxın Şərq ölkələrinin aşağı neft qiymətləri ilə əlaqədar üzləşdikləri zərərin 360 milyard dolları keçdiyi bildirilir. Səudiyyə Ərəbistanı isə ən çox zərərə uğrayan ölkələrin siyahısına başçılıq edir. Hesabatda ölkənin bu il təxminən 73 milyard dollaradək zərərə uğradığı göstərilir. Belə ki, Səudiyyə Ərəbistanının neft ucuzlaşmadan əvvəl 750 milyard dollarlıq valyuta ehtiyatı var idi. Avqustun məlumatlarına görə isə həmin ehtiyatlar 654 milyard dollardan da azdır. Bu arada Rusiyanın energetika naziri Aleksandr Novak da neftin qiymətinin ucuzlaşmasının səbəbkarının hasilatı bu il 1,5 milyon barrel artıran Səudiyyə Ərəbistanı olduğunu deyib. O bildirib ki, Səudiyyə Ərəbistanı hasilatı artırmaqla neft bazarlarındakı sabitliyi pozub. “Rossiya 24”-ə müsahibəsində A.Novak gələn ilin ikinci yarısında neft bazarlarında tələb-təklif tarazlığının bərpa olunacağına inandığını bildirib: “Lakin İrana qarşı sanksiyaların götürülməsi və bu ölkənin neft hasilatını artırması da bazarlara təsir göstərəcək”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
İlqar Orucov: Bu gün Azərbaycanı dünyada uğurla təbliğ edən yüksək hazırlıqlı gənclər ordusu formalaşıb
16.11.2018
Koordinasiya Şurası Türkiyə Səfirliyi ilə əməkdaşlığı genişləndirir
16.11.2018
Ramiz Mehdiyevin “Dağlıq Qarabağ – məxəzlərdən oxunmuş tarix” kitabı: bilinməyən həqiqətlərin tarixi təsdiqi
16.11.2018
Türkiyədə daha bir Xocalı abidəsinin açılışı olub
16.11.2018
Kaliforniyada yaşayan soydaşlarımızla görüş keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info