Qara bazarda qanunu pozan dollar dəllalları cəzalandırılır
Tarix: 29.12.2015 | Saat: 01:09:00 | E-mail | Çapa göndər


Həssas məqamlarda vətəndaşların aldadılması və dələduzluğa yol verilməsi hallarının qarşısı tam ciddiyyəti ilə alınmalıdır

Məlum olduğu kimi, dünyada neftin qiymətlərinin kəskin düşməsi ilə əlaqədar olaraq, neft ixrac edən ölkələrdə ABŞ dollarının məzənnəsi kəskin bahalaşıb. O cümlədən, Azərbaycanda da dolların qiymətinin qalxması müşahidə olunur və bunun real iqtisadi əsasları var. Qeyd edildiyi kimi, burada əsas səbəb neft qiymətlərnin son dövrlərdə həddindən artıq aşağı düşməsidir. Dünyada neft qiymətlərinin aşağı düşməsi ilə bağlı baş verən proseslər digər ölkələrdə də qabarıq müşahidə olunur. Məsələn, qonşu Rusiyada rublun dollara nisbətən çoxdandır,xeyli dəyər itirdiyinin şahidi olmaqdayıq.
Son günlər isə ABŞ dollarının Moskva birjalarında məzənnəsi maksimum həddə çatıb. Belə ki, dollar 71,85 rublluq nəzərdə tutulmuş qiymətləndirmədən 72,39 rubla qədər yüksəlib. Bu barədə Rusiya saytları yazır. Amma dekabrın 24-də rubl dollar və avroya nisbətən bahalaşmışdı. Moskva birjalarında Rusiya valyutası amerikan dollarına görə 69 rubla qədər bahalaşmışdı. O da qeyd edilir ki, avro da o vaxt 80 rublldan 79,44 rubla düşüb.
Bütün bu cür faktlar dünyada neftin qiymətlərinin düşməsi ilə əlaqədar yaranmış devalvasiya və inflyasiya proseslərini ortaya qoymuş olur. Amma bu proseslərdən sui-istifadə edərək, cəmiyyəti, vətəndaşları çaş-baş qoymaq istəyən, “qaz vurub-qazan doldurmaq” istəyən işbazlar da yox deyil. Son günlər Azərbaycanda dolların bahalaşması faktından yarralanmağa çalışan qara bazar dəllalları müxtəlif şayiələrlər vətəndaşları aldatmağa çalışırlar. Onlar sosial şəbəkələr, saytlar vasitəsilə xəbərləy yayırlar ki, “dollar 2 və ya 2,5 manata qədər bahalaşıb, gələcəkdə daha da bahalaşacaq, ona görə də indidən gəlin, dolları 2 manatdan alın, sonra uduzacaqsınız”. Qeyd edək ki, ötən həftəsonu bu cür şayiələr sosial şəbəkələrdə əsas mövzuya çevrilmişdi. Deyən yoxdur ki, əgər “dollar 2 manatdırsa, sabah və ya birisi gün 3 manat olacaqsa” onda niyə indi iki manatdan satıb manat almağa çalışırlar, elə gözləsinlər, sabah daha baha satsınlar və zərərə düşməsinlər. Göründüyü kimi, bu cür şayiələr yayanlar qara bazar dəllallarıdır və onların yalanları ayaq tutsa da yerimədi. Belə ki, Bazar ertəsi günü bəlli oldu ki, dolların kursu 1,55 manat civarındadır. Bununla bağlı müvafiq qurumların rəsmi açıqlaması da oldu və bir daha dollar manipulistlərinin cəmiyyətdə çaşqınlıq yaratdıqları və situasiyadan öz xeyirlərinə istifad etdikləri üzə çıxdı. Amma onların bu işi cəzasız qalmadı. Belə ki, Azərbaycanda xarici valyutanın qanunsuz mübadiləsini həyata keçirən 3 nəfər saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Sadiq Gözəlov bildirib ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubov tərəfindən qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması ilə müşayiət olunan bu cür hərəkətlərin qarşısının alınması sahəsində əlavə tədbirlərə dair xüsusi göstəriş imzalanıb. Həmin göstərişdə Mərkəzi Bankın İdarə Heyətinin 28 iyun 2006-cı il tarixli Qərarı ilə təsdiq edilmiş "Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması qaydaları"nın tələblərini pozmaqla müvafiq icazəsi olmadan qanunsuz fəaliyyət göstərən mübadilə yerlərinin aşkarlanması məqsədilə aidiyyəti qurumlarla birgə qanunvericiliyə əsasən operativ tədbirlərin, o cümlədən valyuta tənzimi haqqında mövcud qanunvericiliyi pozmaqla valyuta sərvətlərinin ictimai yerlərdə alınıb-satılmasını və ya dəyişdirilməsini həyata keçirən şəxslərin müəyyənləşdirilərək barələrində İnzibati Xətalar Məcəlləsinin 222.1-ci maddəsinə uyğun olaraq (inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 30 faizindən 70 faizinədək miqdarda cərimə) müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur. Polis əməkdaşları tərəfindən xarici valyutanın qanunsuz mübadiləsini həyata keçirilməsinə qarşı tədbirlər davam etdirilir. Müvafiq qurumlar bu yöndə tədbirləri bundan sonra da qətiyyətlə davam etdirəcəklərini bəyan ediblər.
Çünki həmin dəllallar tərəfindən xarici valyutanın alınması və satılmasının Mərkəzi Bankın müəyyən etdiyi qaydada yalnız müvəkkil banklar vasitəsilə həyata keçirilməsinə dair normativ hüquqi aktların tələbləri pozulmaqla qanunazidd hallara yol verilib. Onu da əlavə edək ki, qara bazar sui-istifadəçiləri əvvəlki vaxtlarda da olub. İndi isə onlar sosial şəbəkələr və internet saytlar vasitəsilə cəmiyyəti çaşdırmağın daha mobil yollarını tapıblar. Bir sıra saytlar isə ya oxucu sayını artırmaq və ya da qəsdən, məqsədli şəkildə dollarla bağlı sensasiyalı və həmin dəllalların işinə yarayan yazılarla çıxış edirlər. İnsanları ümidsizliyə yönəldirlər. Bu da dövlətin iqtisadi dayaqlarına xələl gətirən məsələdir. Bütün bunlar nəzərə alınarsa, həmin qara bazar dəllallarına və onlara şərait yaradanlara qarşı lazım gələn bütün tədbirlərin həyata keçirilməsi olduqca zəruridir. Çünki belə həssas məqamlarda vətəndaşların aldadılması və dələduzluğa yol verilməsi hallarının qarşısı tam ciddiyyəti ilə alınmalıdır.
Rasim Babalı




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Sağlamlıq imkanları məhdud gənc yazar Azərbaycan Gənclərinin VIII Forumunda çıxış edib
21.11.2018
“ASAN Məktub” layihəsinin üç yaşı qeyd olunub
21.11.2018
Oğuzun Muxas kəndinə təbii qaz verilib
21.11.2018
PAŞA Bank sərfəli şərtlərlə ipoteka krediti təklif edir
21.11.2018
Azərbaycanda qızları olan ailələrlə bağlı yeni təkliflər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info