“Bakı-Tbilisi-Qars” dəmir yolu layihəsi dünya mediasının gündəmində
Tarix: 29.12.2015 | Saat: 01:12:00 | E-mail | Çapa göndər


Diaspor Jurnalistləri Birliyinin təkilatçılığı ilə “Qədim İpək Yolu “Dəmir İpək Yolu”na çevrilir” başlıqlı məqalə dünyanın bir çox ölkələrinin nüfuzlu internet portallarında və qəzetlərində geniş miqyasda dərc edilib.
DJB sədri Fuad Hüseynzadənin müəllifi olduğu məqalədən geniş oxucu kütləsi Azərbaycanın uğurları, “Bakı-Tbilisi-Qars” dəmir yolu xəttinin əhəmiyyəti haqqında və Azərbaycan dəmir yolları sahəsində son dövrlərdəki inkişafla tanış olub: “Azərbaycan əlverişli coğrafi məkanda yerləşməsinə rəğmən bütün beynəlxalq və regional layihələrin reallaşması prosesində aktiv iştirak edir. Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinə qoşulmaqla gələcəyə hesablanmış daha bir addım atıb. Bu gün Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı layihəsinin reallaşması məsələsi Azərbaycan, Gürcüstan, Türkiyə hökumətləri və dəmir yolları rəhbərlərinin diqqət mərkəzindədir. Bu, hər üç ölkənin, eyni zamanda həmin nəqliyyat dəhlizinin xidmətlərindən istifadə etmək marağında olan başqa ölkələrin də sıx nəqliyyat əlaqələri qurmasına böyük imkanlar açacaq. BTQ dəmir yolu xəttinin tikintisinə 2007-ci ildə Tbilisidə Gürcüstan Parlamentinin binasında hökumətlərarası sazişin imzalanmasından sonra başlanılıb. BTQ dəmiryol xətti layihəsi 68 km Türkiyə ərazisindən, 30 km Gürcüstan ərazisindən, həmçinin Gürcüstanda Tbilisi-Axalkalakidə 183 km sahənin rekonstruksiyası daxil olmaqla 98 km uzunluqda Qars-Axalkalaki dəmir yolunun tikintisini nəzərdə tutur. Layihənin inşası və reabilitasiya-rekonstruksiyası Azərbaycan və Türkiyə Respublikalarının maliyyə vəsaitləri hesabına həyata keçirilir. Azərbaycan dəmiryolun Gürcüstan sahəsinin tikintisi üçün 775 milyon dollar dəyərində kredit ayırıb. Azərbaycan dəmir yolunun Bakı-Gürcüstan sərhədi istiqamətində 347 km dəmir yol örtüyü yenidən qurulub”.
Məqalədə qeyd olunub ki, “Bakı-Tbilisi-Qars” dəmir yolu xətti təkcə Azərbaycan, Türkiyə, Gürcüstan üçün deyil, həm region, həmçinin də dünya üçün böyük əhəmiyyətə malik bir layihədir: “Qərblə Şərqi birləşdirəcək müasir ipək yolu rolunu oynayacaq bir layihədir. Layihənin reallaşması nəticəsində Azərbaycan, Gürcüstan və Türkiyənin Orta Asiya, Çin və Avropa ilə etibarlı və sərfəli nəqliyyat əlaqəsi yaranacaq. Bu dəmir yolu vasitəsi ilə tək Azərbaycan əhalisi və Azərbaycan iqtisadiyyatı deyil, həmçinin bu layihədə iştirak edən dövlətlər və digər qonşu ölkələr, həmin ölkələrin əhalisi və iqtisadiyyatı yararlana biləcək. Məhz buna görədir ki, Bakı-Tbilisi-Qars dəmir yolunda aparılan bütün işlər Prezident İlham Əliyevin şəxsi nəzarətindədir. Bu layihə ölkəmiz və region üçün o qədər əhəmiyyətlidir ki, bu layihəni növbəti və müasir Bakı-Tbilisi -Ceyhan da adlandırmaq olar”.
Qeyd edilən məqalə müxtəlif dillərə tərcümə olunaraq Türkiyənin “Guvengazetesi.com.tr”, “Turkhaber.com.tc”, “İgdirim76.com”, Gürcüstanın “İberiana2”, Pakistanın “Pothwarlink.com”, Macarıstanın “Turizmusonline.hu”, Ukraynanın “Regionews.ua”, Meksikanın “Mx.blastingnews.com”, “Uno mas uno” qəzet, jurnal və internet portallarında geniş formada ölkəmiz və ideya müəllifi Azərbaycan dövləti olan “Bakı-Tbilisi-Qars” dəmir yolu geniş formada təbliğ olunub. Məqalədə Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin mahiyyəti və zəruriliyi haqqında fikirləri yer alıb: “Azərbaycan Prezidenti İlham Əliyev Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin zəruriliyindən danışaraq deyib ki, bu, bizi daha sıx birləşdirəcək, regional əməkdaşlığı daha da genişləndirəcəkdir: “Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsi ilə qitələr birləşəcək, 3 iştirakçı ölkə tranzit ölkələrinə çevriləcək. Bu dəmir yolu bundan sonra yüzilliklər ərzində bizim xalqlarımıza xidmət edəcək. Bu böyük geosiyasi, geoiqtisadi və əməkdaşlıq layihəsidir”.
Xatırladaq ki, “Fitch” beynəlxalq reytinq agentliyi öz hesabatında Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin rolu haqqında məlumat dərc edib. Məqalədə bu haqda da qeydlər verilib: “Fitch” beynəlxalq reytinq agentliyinin 2015-ci ilin ilk altı ayının hesabatında qeyd edilib ki, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istismara verilməsi ilə “Azərbaycan Dəmir Yolları” QSC və “Gürcüstan Dəmir Yolları” SC-nin əhəmiyyəti artacaq. Agentlik bu xətt vasitəsilə regionda yük daşımalarının sayının artacağı qənaətindədir. Bu dəmir yolu vasitəsilə ilk illərdə 5 milyon ton yük, növbəti illərdə isə 15 milyon tona qədər yük daşınacağı gözlənilir”.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Sağlamlıq üçün beş ən faydalı şirə
21.01.2019
Ermənistandakı seçkilər əhalidəki inamsızlıq haqqında kifayət qədər aydın siqnal verir
21.01.2019
“Mitinqdə müxalifət rəhbərlərinin hamısının çıxışlarında xaricdə əleyhimizə səslənən ifadələrlə üst-üstə düşən məqamlar var idi”
20.01.2019
20 yanvar tarixini yeni Azərbaycan tarixinin başlanğıcı kimi qəbul etmək olar
20.01.2019
Biz rusiyalılar dərdinizə şərik çıxır və bu dəhşətli faciəni xatırlayırıq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
3 “Mənim güc mənbəyim Bakıdadır”
4 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
5 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info