Tibbi müayinədən keçmək üçün yeni xidmətlər istifadəyə verilib
Tarix: 29.12.2015 | Saat: 15:05:00 | E-mail | Çapa göndər


Azərbaycanda müxtəlif sahələrdə çalışan, işə daxil olarkən və sonradan dövri tibbi müayinədən keçməsi tələb olunan vətəndaşlarla (obliqat qruplar) bağlı yeni xidmətlər istifadəyə verilib.
Azərbaycan Səhiyyə Nazirliyi Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin direktoru Cəbrayıl Əsəd-zadə deyib ki, yeni xidmətlər obliqat qrupa aid olan vətəndaşların işə buraxılma icazəsinin olması barədə SMS vasitəsilə xəbərdarlıq verilməsi və obliqat qrupa aid olan vətəndaşların müayinə vaxtı barədə SMS xəbərdarlıqdır. Yeni xidmətlər artıq “Elektron səhiyyə” portalına yerləşdirilib.
C.Əsəd-zadə qeyd edib ki, obliqat qrupa aid olan vətəndaşların işə buraxılma icazəsinin olması barədə SMS vasitəsilə xəbərdarlıq verilməsi xidmətindən istifadə etmək üçün obliqat qrupa aid olan vətəndaş mobil telefon vasitəsilə 9103 nömrəsinə İCAZE sözünü və "Tibbi Müayinə Kartı"nın üzərindəki 12 rəqəmli Unikal kodunu qısa mesaj (SMS) ilə göndərməlidir. Sistem qısa müddət ərzində vətəndaşın işə buraxılma icazəsinin olması barədə məlumatı abonentə göndərir.
Obliqat qrupa aid olan vətəndaşların müayinə vaxtı barədə SMS xəbərdarlıq xidmətindən istifadə üçün obliqat qrupa aid olan vətəndaş mobil telefon vasitəsilə 9103 nömrəsinə OBLİQAT sözünü və "Tibbi Müayinə Kartı"nın üzərindəki 12 rəqəmli Unikal kodunu qısa mesaj (SMS) göndərilir. Sistem qısa müddət ərzində vətandaşın növbəti müayinə tarixi barədə məlumatı abonentə göndərir. Əgər müayinə yoxdursa, ilkin müayinə tarixi barədə məlumat gondərilir. Xidmətlərdən bütün mobil operator istifadəçiləri yararlana bilərlər.
Xidmətlərin məqsədi obliqat qrupa aid olan vətəndaşların tibbi müayinəsinin keyfiyyəti və vaxtında həyata keçirilməsini təmin etməkdir.
C.Əsəd-zadə qeyd edib ki, istifadəyə verilən yeni xidmətlərdən biri də “Xəstəliklərin Beynəlxalq Təsnifatından məlumatların verilməsi” xidmətidir.
Mərkəz direktorunun sözlərinə görə, hazırda “Elektron səhiyyə” portalı vasitəsilə səhiyyə sahəsi üzrə vətəndaşlara 37 elektron xidmət göstərilir.
Nigar




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info