Vaşinqtonda Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilmiş tədbir keçirilib
Tarix: 29.12.2015 | Saat: 15:52:00 | E-mail | Çapa göndər


Virciniya ştatının Arlinqton şəhərində Dünya Azərbaycanlılarının Həmrəylik Gününə və Yeni ilə həsr edilmiş bayram tədbiri keçirilib. ABŞ Azərbaycanlıları Şəbəkəsi, Amerika-Azərbaycan Ticarət Palatası və ölkəmizin ABŞ-dakı səfirliyi tərəfindən təşkil edilmiş tədbirdə amerikalı qonaqlar, Vaşinqtonun və ətraf rayonların Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.
ABŞ Azərbaycanlıları Şəbəkəsinin həmtəsisçisi Yusif Babanlı qonaqları salamlayaraq onları Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn 2016-cı il münasibətilə təbrik edib. Həmrəylik gününün tarixindən söz açan Y.Babanlı qeyd edib ki, suveren Azərbaycan daxildə və xaricdə, eləcə də müxtəlif ölkələrdə mövcud olan Azərbaycan icmaları üçün müstəqillik, tərəqqi və inkişaf rəmzidir. O, icma üzvlərini bu müstəqilliyi qoruyub saxlamaq üçün Azərbaycanın mənafeyinin və milli maraqlarının müdafiəsində səylərini əsirgəməməyə çağırıb.
Sonra Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov çıxış edib. İcma üzvlərini Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edən diplomat başa çatmaqda olan ilin yekunlarından söhbət açıb. O, Prezident İlham Əliyevin daxili və xarici siyasəti sayəsində Azərbaycanın regionda ən sabit və müstəqil dövlət olduğunu və beynəlxalq səviyyədə qazandığı uğurları qeyd edib. Azərbaycan ərazilərinin 20 faizinin hələ də işğal altında olduğunu qeyd edən E.Süleymanov Azərbaycanın ərazi bütövlüyünün bərpasında icma üzvlərini səylərini əsirgəməməyə çağırıb. Səfir həmrəylik gününün əhəmiyyətini vurğulayaraq, icma üzvlərini daha sıx birləşməyə və Azərbaycanı Birləşmiş Ştatlarda təmsil edərkən daha yüksək fəallıq göstərməyə səsləyib.
Bayram tədbiri rəngarəng konsert proqramı və rəqslərlə davam edib.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Ramil Usubov İranda səfərdədir
24.09.2018
Prokurorluğun yaranmasının 100 illiyinə həsr olunmuş konfrans
24.09.2018
Azərbaycanlı qızlar Süni İntellekt üzrə Təhsil Düşərgəsində iştirak ediblər
24.09.2018
Ehtiyat zabit hazırlığı kursu üçün qəbul elan edilib
24.09.2018
“ADEX-2018” müdafiə sərgisində 29 ölkədən 224 şirkət iştirak edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info