Dövlət sərhədini pozmaq istəyən 7 banqladeşli tutulub
Tarix: 29.12.2015 | Saat: 16:28:00 | E-mail | Çapa göndər


Azərbaycan dövlət sərhədinin pozulması cəhdlərinin qarşısı alınıb. Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən bildirilib ki, dekabrın 19-da Biləsuvar rayonu ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində Azərbaycandan İran istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərərkən 7 nəfər Banqladeş Xalq Respublikası vətəndaşları saxlanılıb. Qeyri-qanuni miqrasiyaya qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin Dövlət Təhlükəsizlik Xidməti ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində əcnəbi vətəndaşların dövlət sərhədindən qeyri-qanuni yolla keçirilməsini təşkil edən mütəşəkkil cinayətkar qrup zərərsizləşdirilib.
Dekabrın 26-da keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində isə Azərbaycan Respublikası vətəndaşı, Ağcabədi şəhər sakini Məmmədov Şükür Eyvaz oğlunun vasitəçiliyi ilə Beyləqan rayonunun Əmirzeyidli kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədindən qeyri-qanuni yolla İran İslam Respublikasına keçməyə cəhd göstərən Banqladeş Şoman Barman Çandra, Devan Muhammad Saladdin və onlara bələdçilik edən İran vətəndaşları Muradi Möhsün Əhməd oğlu, Muradi Nadir Kiomirzə oğlu saxlanılıb.
Hadisə yerində sərhəd pozucularına məxsus «Maqneum» markalı tüfəng, 26 ədəd patron, rezin qayıq və durbin aşkarlanıb.
Hər iki fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib
19.09.2018
Uşaqlar üçün yardım Mərkəzi tərəfindən 113 nəfərə müxtəlif növ yardım göstərilib
19.09.2018
Neftçilərə yeni mənzillərin orderləri təqdim edilib
19.09.2018
Astarada keçirilən əmək yarmarkasında 45 nəfərə göndəriş vərəqəsi verilib
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info