Daha bir küçə əsaslı şəkildə təmir olunur
Tarix: 29.12.2015 | Saat: 16:47:00 | E-mail | Çapa göndər


Nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək üçün uzun müddətdir ki, təmir olunmadığından yolun hərəkət hissəsi sıradan çıxmış küçələrin “Azəryolservis” ASC tərəfindən təmir olunması işləri texnoloji ardıcıllığa riayət olunmaqla yüksək keyfiyyətlə davam etdirilir.
         Belə ərazilərdən biri də Yasamal rayonu Əhməd Cəmil küçəsidir.
         Əhməd Cəmil küçəsinin əsaslı şəkildə təmir olunan hissəsi Əbdürəhim bəy Haqverdiyev və General Akim Abbasov küçələri arasında yerləşən hissəsidir. Bu hissənin ümumi uzunluğu 613 metr, eni isə 12 metrdir. Təmir-tikinti işləri çərçivəsində küçənin köhnə asfalt-beton örtüyü frez maşınları ilə qaşınaraq, ərazidən daşınıb. Daha sonra deformasiyaya uğramış köhnə yol yatağı da qazılaraq çıxarılıb və bunun əvəzinə 50-60 santimetr qalınlığında yeni yol əsası tikilib.
         Kompleks şəkildə “Azəryolservis” ASC tərəfindən aparılan işlər zamanı küçə boyu yeni yağış-kanalizasiya sistemi də qurulub, zəruri olan yerlərə 11 ədəd yeni yağış barmaqlığı qoyulub. Bundan başqa kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, 31 ədəd baxış qapağı yenisi ilə əvəzlənib.
         Cəmiyyət tərəfindən təmir-tikinti işləri aparılan yollarda vətəndaşların rahat və maneəsiz şəkildə hərəkəti daim diqqət mərkəzində saxlanılan əsas məsələlərdən biridir. Məhz bu səbəbdən də yollların hərəkət hissəsi ilə bərabər piyada səkiləri də təmir edilir. Əhməd Cəmil küçəsində də mövcud olan piyada səkilərinin təmir olunaraq, asfaltlanması işləri aparılır. Qeyd edək ki, səkilərin kənarlarına ümumilikdə 1300 paqon-metr yeni səki daşı düzülüb.
         Hazırda küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır. 2 qat və 10 santimetrqalınlıqda olmaqla əsaslı şəkildə təmir-tikinti işlərinin aparıldığı küçənin təqribən 8 min kvadrat metr sahəsinin asfaltlanması planlaşdırılır.
         Yüksək keyfiyyətlə aparılan təmir-tikinti işlərinin yaxın günlərdə yekunlaşdırılması nəzərdə tutulub. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.  “Azəryolservis” ASC təmir işləri ilə bağlı yaranan müvəqqəti narahatlığa görə, vətəndaşlardan üzr istəyir.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Yevlax və Gəncədə sahibkarlar üçün seminar keçirilib
21.11.2018
Hazırda BP-də 2557 azərbaycanlı işləyir
21.11.2018
BP: “Şahdəniz-2” layihəsi təhlükəsiz şəkildə plana və büdcəyə uyğun həyata keçirilir
21.11.2018
“Şahdəniz-2” yatağı üzrə 10 quyu tamamlanıb
21.11.2018
“AtaBank“ şəhid ailələrinə veriləcək birdəfəlik ödəmələrə komissiya tətbiq etməyəcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info