“Rusiya “Türk axını” ilə bağlı danışıqları davam etdirməyə hazırdır”
Tarix: 29.12.2015 | Saat: 17:48:00 | E-mail | Çapa göndər


Rusiyanın energetika naziri Aleksandr Novak “Türk axını” qaz boru kəməri (Turkish Stream) layihəsi ilə bağlı danışıqları davam etdirməyə hazır olduqlarını deyib.
 TASS informasiya agentliyi xəbər verir ki, A.Novak “Türk axını” ilə əlaqədar danışıqlarda yay aylarından bu vaxtadək hər hansı bir irəliləyişin olmadığını da bildirib. “Lakin əgər layihəyə maraq varsa Rusiya tərəfi danışıqları davam etdirməyə hazırdır”, – deyə nazir qeyd edib.
Rusiyanın Türkiyəyə təbii qaz ixracının da arta biləcəyini bildirən A.Novak deyib: “Bunu reallaşdırmaq üçün Rusiyanın qazı və infrastrukturu var, Türkiyəyə zəmanətli təbii qaz tədarükünü artırmağa hazırıq”.
Xatırladaq ki, Rusiyaya məxsus “Su-24” tipli döyüş təyyarəsinin Türkiyə tərəfindən vurulmasından sonra “Qazprom”un idarə heyətinin sədri Aleksey Miller “Türk axını” layihəsi bağlı Türkiyə ilə danışıqların dayandırıldığını demişdi. “Qazprom” “Türk axını” kəmərinin ötürücülük qabiliyyətini iki dəfəyədək azaldaraq kəmərlə 32 milyard kubmetr təbii qazın nəql olunmasına da qərar vermişdi.
“Türk axını” ilə Rusiya qazının Türkiyədən keçməklə Avropaya çatdırılması nəzərdə tutulurdu. Kəmərlə 16 milyard kubmetr qazın Avropanın, qalan hissəsinin isə Türkiyənin daxili tələbatının ödənilməsi üçün istifadə edilməsi planlaşdırılırdı. Layihə üzrə iki boru kəmərinin tikilməsi nəzərdə tutulurdu.
Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib
13.11.2018
NATO Avropa ordusuna qarşı çıxdı
13.11.2018
Ermənistanın dövlət strukturlarında çalışanlar ixtisar ediləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info