DSK nümayəndələri BMT-nin seminarında iştirak ediblər
Tarix: 29.12.2015 | Saat: 18:27:00 | E-mail | Çapa göndər


Dövlət Statistika Komitəsinin(DSK) nümayəndələri BMT-nin Sənayenin İnkişafı Təşkilatının (UNIDO) layihəsi çərçivəsində Avstriyanın paytaxtı Vyanada təşkil olunan regional seminarda iştirak ediblər. MDB ölkələrində sənaye statistikası və inkişaf və rəqabət qabiliyyətlilik tendensiyalarının təhlili mövzusuna dair regional seminarda Azərbaycanla yanaşı MDB Statistika Komitəsinin, Rusiyanın, Ukraynanın, Belarusun, Qazaxıstanın, Özbəkistanın, Tacikistanın, Qırğızıstanın, Türkmənistanın, Moldovanın nümayəndələri, UNIDO-nun əməkdaşları və dəvət olunmuş ekspertləri iştirak ediblər.
Komitədən bildirilib ki, seminarın formatı əvvəlkilərdən fərqli olub və tədbirə milli statistika orqanlarının nümayəndələri ilə yanaşı MDB ölkələrində sənaye sahəsində iqtisadi siyasəti həyata keçirən dövlət orqanlarının nümayəndələri də dəvət ediliblər. Seminarın məqsədi MDB ölkələrində sənayenin inkişaf etdirilməsi ilə bağlı dövlət siyasətini həyata keçirən qurumların öz funksiyalarını yerinə yetirmələri üçün tələb olunan statistik məlumatların rəsmi istehsalçıları olan statistika orqanları tərəfindən əldə edilməsi, eyni zamanda bu işin digər ölkələrlə müqayisədə hansı səviyyədə olmasına dair ətraflı məlumat almaqdır. Üç gün davam edən tədbir sənaye statistikasına dair müxtəlif mövzuları əhatə edən beş sessiyadan ibarət olub.
Dövlət Statistika Komitəsinin milli hesablar və makroiqtisadi göstəricilər statistikası şöbəsinin müdiri Nuru Süleymanov “Dövlət Statistika Komitəsində vahid hesabat formasının tətbiq olunması”na dair təqdimatla çıxış edərək, “Müəssisənin (təşkilatın) istehsal fəaliyyəti, maliyyə nəticələri və əmlakı haqqında” rəsmi statistika hesabatının yaranmasının səbəbləri, tərtib olunması, hesabatın tətbiqinin üstünlükləri, məlumatların yığılma üsulları ilə bağlı seminar iştirakçılarına ətraflı məlumat verib. Onun ikinci təqdimatı Qırğızıstan Respublikasının Milli Statistika Komitəsində sənaye üzrə statistik müşahidələrin təkmilləşdirilməsi üzrə tədbirlər barəsində olub.
Tədbir UNIDO-nun “MDB ölkələrində sənaye statistikasının təkmilləşdirilməsi” regional layihəsi çərçivəsində həyata keçirilib. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin inteqrasiya olunmuş hesabat formalarının tətbiqi sahəsində yaxşı təcrübəsini nəzərə alaraq N.Süleymanov UNIDO tərəfindən bu layihəyə məsləhətçi qismində cəlb edilib. Məqsəd Qırğızıstanda sənaye müəssisələrinin müşahidəsi üçün beynəlxalq tövsiyələrə uyğun inteqrasiya olunmuş hesabat formasının işlənib hazırlanması və yeni hesabat forması əsasında sənaye müəssisələrinin fəaliyyətinin müşahidəsinin təşkili və keçirilməsindən ibarətdir.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
20 Yanvar əlilləri və şəhid ailələrinə birdəfəlik maddi yardmlar verilib
17.01.2019
Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib
17.01.2019
Bu il daha 6400-dən çox şəhid hərbi qulluqçunun vərəsələri birdəfəlik ödəmə ilə təmin ediləcək
16.01.2019
“Bizim həyət” layihəsi paytaxtın Sabunçu rayonunda icra olunur
16.01.2019
Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info