Avtomobil yolunun kənarında piyada səkiləri tikilir
Tarix: 29.12.2015 | Saat: 19:49:00 | E-mail | Çapa göndər


“Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti yolların hərəkət hissəsini yüksək keyfiyyətlə təmir edərək nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etməklə yanaşı, avtomobil yollarında piyadaların da rahat və təhlükəsiz hərəkətini təmin etmək istiqamətində addımlar atır.
Növbəti bu cür addım Bakı-Şamaxı-Yevlax avtomobil yolunun “Hökməli dairə”sindən Müşviqabad qəsəbəsinə qədər olan hissəsində atılır.
Piyada səkilərinin tikintisi sözügedən ərazinin yaşayış məntəqələrindən keçən hissəsində aparılır. Yol boyu hər iki istiqamət üzrə salınan səkilərin eni 1,5 metrdir. Səkilərin kənarlarına səki daşları düzülür, üstü isə asfaltlanır.
Avtomobil yolundan səth sularının kənarlaşdırılması üçün tikintinin aparıldığı ərazilərdə drenaj sistemi qurulur. Bundan başqa mövcud olan avtobus dayanacaqlarının ərazilərində sərnişin avtobuslarının rahat giriş-çıxışını təmin etmək və ümumi hərəkətə mane olmamaq məqsədi ilə xüsusi “cib”lər yaradılır. “Cib”lərin uzunluğu 30 metr, eni isə 3 metrdir.
Bakıdan Şamaxı istiqamətində, “Hökməli dairəsi”nə çatmamış yolun sağında olan süni yaşıllıq təpəciyinin sökülməsi işləri aparılır. Bununla da yolun hərəkət hissəsi xeyli genişlənəcək. Nəticədə nəqliyyat vasitələri daha rahat və maneəsiz şəkildə dairəyə daxil olaraq hərəkətlərinə davam edə biləcəklər.
Təmir-tikinti işləri “Azəryolservis” ASC rəhbərliyinin nəzarəti altında tərtib olunmuş qrafikə uyğun həyata keçirilir və vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi artıb
19.01.2019
2018-ci ildə Bakı-Supsa kəməri ilə 3,7 milyon ton neft ötürülüb
18.01.2019
Sərbəst Satış Sertifikatı sahibkarlara yeni ixrac imkanları qazandırıb
18.01.2019
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturu dəyişdirilir
18.01.2019
Martda İraqa ixrac missiyası təşkil olunacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info