Sorağı bilinməyən əsgərlərə məktub
Tarix: 29.12.2015 | Saat: 20:47:00 | E-mail | Çapa göndər


Əziz, itkin Vətən övladları!
Qarabağ müharibəsinin ən ağır faciəsi özündən sonra qoyub getdiyi öldürülənlər və Siz, itkin düşənlərsiz. Vətən sevgisi əsl igid əsgər üçün valideyn, bacı-qardaş, nişanlı və s. sevgisindən üstün olur. Bu qədər gözü yolda qalanlar bir tərəfdə olur, torpağa məhəbbət isə bir tərəfdə. Bu iki seçim femidasında ikincini seçməkdən böyük qəhrəmanlıq ola bilməz. Sizlər də ikincini seçib, doğmalarınızdan, hətta eləniz var ki, əhdü-peymanınızdan da keçibsiz. Buna görə də bir çoxunuz bəy çıxmayıb, amma əsgər kimi səngərdə olubsuz. Səngəri özünüzə bəy evi, silahınızı isə yoldaş bilərək erməni yağılarına toy tutubsuz. Sizlərin itkin düşəndən sonrakı həyatı doğmalarınız üçün naməlumdur. Bu, sizlərə və yaxınlarınıza müharibənin illərlə yaddan çıxmayan yaşatdığı dəhşətdir… Sizin analarınızla şəhid anasının oxşar faciəsi odur ki, hər ikisi oğul itirib. Amma onların fərqli faciəsi odur ki, şəhid anasının oğlunun məzarı var, sizin ananızın isə bu baxımdan heç bir tutacağı yoxdur. Şəhid anası, heç olmasa, gedib oğlunun məzarı üstə ağlayıb ürəyini boşaldır. Sizin ananız isə bunu da edə bilmir... Qarabağ müharibəsi bizim də ailəyə öz yarasını vurub. Sizin aranızda mənim dayım, gizir İlham Aslan oğlu İsmayılov da var. Müharibədə iştirak edən dayımın adı, 1993-cü ilin 23 iyulundan sizin kimi sorağı bilinməyən igidlərin sırasına düşüb. Bəyaz telli Sara nənəm hər dəfə Şəhidlər xiyabanına gedəndə bilmir harada, kimin məzarı üstə ağlasın. 22 illik oğul nisgili, övlad itkisi dərdindən qəlbi göynəyən nənəm hansı məzar üstə ağlayan varsa, gedib ona qoşulub ağlayır. Kim bilir, bəlkə də bütün itkin anaları şəhid analarına “oğullarının məzarı var”, deyə qibtə edirlər... Siz, itkinlərə həsr olunan Xatirə abidəsinin ucaldılması, bəlkə də, bu acıyla yaşayan analarınızın yarasına məlhəm olar.
Azərbaycan xalqı üçün bu gün vətənpərvərlik, dözüm və düşmənə qarşı nifrət hissi yaradan dərslərə böyük ehtiyac vardır. Sizlərin yoxluğu ailəniz və xalqımız üçün ağrı olsa da, mübarizliyiniz, döyüşlərdə göstərdiyiniz şücaətlər gənclər üçün vətənpərvərlik dərsləridir. Amma bu dərslər bitməyib. Ümidlə gözləyirik ki, sağ-salamat gəlib patriot-müəllim kimi qarşılaşdığınız həyat hekayətlərinin canlı dərsini keçəcəksiz. Həmçinin belə uzun ayrılığa son qoyaraq, qəlbini göynəyə-göynəyə qoyduğunuz bütün gözü yolda qalanların ümid çırağını yandıracaqsınız.
Sizlərin ailələrini birləşdirən ümumi cəhət gözü yolda qalmaqdır. Əksəriyyətinzin yolunu gözləyənlər arasında bu itkiyə tab gətirə bilməyib dünyasını dəyişənlər də var. Ona görə də sizi hər iki dünyada gözləyənlər var...
Hörmətlə, Fuad Hüseynzadə
“Yazı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin “Əsgərə məktublar” adlı müsabiqəsinə təqdim olunur”




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10468

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
3 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info