Naxçıvan Muxtar Respublikasındakı hətrətəfli inkişafdan ali təhsil ocaqları da bəhrələnməkdədir
Tarix: 29.12.2015 | Saat: 23:32:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dekabrın 22-də keçirilən beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ikinci sessiyası və ilin yekunları ilə bağlı müşavirə keçirilib. Universitetin rektoru, AMEA-nın müxbir üzvü, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Saleh Məhərrəmov müşavirədə giriş sözü ilə çıxış edərək xatırladıb ki, sessiyada 2015-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları, Naxçıvan Muxtar Respublikasının və Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcələrinin təsdiq edilməsi, Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) hesabatı dinlənilib. Sessiyada Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının üzvləri seçilib ki, onların sırasında iki nəfər universitet əməkdaşının da olması kollektivə göstərilən yüksək etimadın təzahürüdür. Rektor qeyd edib ki, 2015-ci ildə muxtar respublikada ali təhsilin inkişafına göstərilən qayğı nəticəsində təhsilin və tədrisin keyfiyyətini yüksəldilməsi, yüksək ixtisaslı mütəxəssis hazırlığı, maddi-texniki bazanın gücləndirilməsi, beynəlxalq əlaqələrin inkişafı, müasir texnologiyaların tətbiqi istiqamətində əhəmiyyətli uğurlar əldə olunub. Bu il Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, hörmətli Vasif Talıbovun iştirakı ilə Azərbaycan ali məktəbləri içərisində ən irihəcmli layihə olan, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİCA) ilə birgə həyata keçirilən “Naxçıvan Dövlət Universiteti üçün elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılması” layihəsinin açılışı olmuş, Naxçıvan Dövlət Universiteti xəstəxanasının və Baytarlıq təbabəti ixtisasının yeni binaları stifadəyə verilmiş, müasir avadanlıqlarla təchiz olunmuş fənn laboratoriyaları yaradılmış, “Elektron universitet” layihəsinin və distant təhsilin tətbiqi istiqamətində tədbirlər həyata keçirilmişdir. Universitetdaxili və respublika əhəmiyyətli konfranslarla yanaşı bir sıra beynəlxalq konfrans və simpoziumlar keçirilmiş, elmi kadr potensialının hazırlanmasına diqqət və tələbkarlıq artırılmışdır. Universitetdə tələbə mobilliyi də diqqət mərkəzindədir. Təcrübə mübadiləsi nəticəsində təhsildə fərqlənən tələblər Türkiyə Respublikasının, Cənubi Koreyanın, Rusiya Federasiyasının və Ukraynanın müxtəlif ali məktəblərində bir il və ya bir semestr müddətində ali təhsil almağa göndərilir. Naxçıvan Dövlət Universitetində bakalavr, magistratura və doktorantura pilləsində təhsil almaq istəyən xarici tələbələrin sayı artmaqdadır. Universitet Azərbaycan Milli Elmlər Akademiyası Fizika Institutu tərəfindən həyata keçirilən layihə əsasında Milli GRİD seqmentinə qoşulma işlərinə start verib. Mövcud problemlərə də toxunan rektor vurğulayıb ki, Ali Məclisin Sədrinin sessiyada təhsilin və tədrisin müasir dünya standartları səviyyəsində qurulması istiqamətində qarşıya qoyduğu vəifələr universitet kollektivinin gələcək fəaliyyət istiqamətini müəyyənləşdirməklə pedaqoji kollektivin üzərinə böyük məsuliyyət qoyur. Universitet kollektivi bundan sonra da elmi-pedaqoji sahədə əzmlə çalışacaq, müxtəlif sahələrdə ali təhsilli mütəxəssis hazırlamaq üçün bilik və bacarıqlarını əsirgəməyəcək.
Tədbirdə İqtisadiyyat fakültəsinin müəllimi, iqtisadiyyat üzrə fəlsəfə doktoru Əşrəf Ələkbərov çıxış edərək sessiyada vurğulanan, muxtar respublikanın ötən il ərzindəki sosial-iqtisadi inkişaf göstəricilərinə bir daha nəzər salaraq bildirib ki, bu göstəricilər məhz iqtisadi inkişafın Azərbaycan modelinin uğurlu nəticələridir. 2015-ci ilin dekabr ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına tarixi səfəri və mühüm sosial obyektlərin açılışında iştirak etməsi bir daha tsdiqlədi ki, ölkəmizdə strateji xarakter daşıyan sənaye müəssisələrinin yaradılması, genişmiqyaslı iqtisadi tərəqqi prosesləri Naxçıvan Muxtar Respublikasını da əhatə etməkdəir. Muxtar respublikada fəaliyyət göstərən təhsil müəssisələri, o cümlədədn ali məktəblər də bu inkişafdan yetərincə bəhrələnir. 2015-ci ildə “Naxçıvan” Universiteti üçün inşa olunan yeni universitet şəhərciyinin istifadəyə verilmıəsi, Naxçıvan Dövlət Universitetində 110 hektarlıq ərazisində yeni tikilən möhtəşəm binalar və maddi-texniki təchizat buna parlaq sübutdur. Kollektiv bundan sonra da muxtar respublika başçısının bu diqqət və qayğısından faydalanaraq daha uğurla fəaliyyət göstərməyə çalışacaq.

Mehriban Sultan
NDU-nun Mətbuat şöbəsinin müdiri




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
Salyanda Nəsiminin 650 illik yubileyi qeyd edilib
20.04.2019
Ölkə ərazisində müşahidə olunan faktiki hava şəraiti açıqlanıb
20.04.2019
Bu günün havası - Yağış hələ yağacaq...
20.04.2019
Lerik və Yardımlı rayonlarına qar yağıb
19.04.2019
Aprelin 22-dən problemli krediti olan şəxslərə kompensasiya ödənişlərinin verilməsinə başlanacaq

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
4 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info