“Şanxay Əməkdaşlıq Təşkilatı Azərbaycanla memorandumu imzalamağa hazırdır”
Tarix: 30.12.2015 | Saat: 01:28:00 | E-mail | Çapa göndər


"Şanxay Əməkdaşlıq Təşkilatı Azərbaycanla dialoq üzrə tərəfdaşlıq statusunu təqdim etmək haqqında memorandumu imzalamağa hazırdır". Bunu Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) baş katibi Dmitri Mezentsev TASS agentliyinə müsahibəsində bildirib.
Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşünün detallarına dair verdiyi müsahibədə təşkilat rəhbəri nazirlə görüşdə müşahidəçi dövlətlərlə, ŞƏT-lə dialoq üzrə tərəfdaşlarla bağlı mövzunun müzakirə olunduğunu da qeyd edib: "Müşahidəçi dövlətlərlə qarşılıqlı fəaliyyətin yeni səviyyəyə çatdırılmasına nail olunub. Misal üçün, Çinin Çjençou şəhərində hökumət başçılarının "6+6" formulunda baş tutan görüşündə Belarus ilk dəfə müşahidəçi qismində ümumi müzakirələrdə bərabərhüquqlu iştirakçı kimi iştirak edib. Mən naziri gələn ilin əvvəlində Şanxay Əməkdaşlıq Təşkilatının Azərbaycan, Ermənistan və Nepalla dialoq üzrə tərəfdaşlıq statusunu təqdim etmək haqqında memorandumu imzalamağa hazır olduğu barədə məlumatlandırdım. Bununla yanaşı, qeyd etdim ki, Şanxay Əməkdaşlıq Təşkilatı ailəsində dialoq üzrə əməkdaşlıq statusunda ilk memorandum bu ilin payızında Kamboca Krallığı ilə imzalanıb".




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
Nikola Sturgeon: Brexitlə bağlı yeni referendumun keçirilməsi vacibdir
14.01.2019
“Azərbaycan hər ili əvvəlki ildən daha möhtəşəm uğurlara imza atır”
13.01.2019
Prezident Ermənistandakı böyük problemlərin məhz Sarkisyan rejiminin mahiyyətindən irəli gəldiyini təkzibolunmaz faktlarla sübut etdi
13.01.2019
2019-cu ilin “Nəsimi ili” elan edilməsi Nəsimi ideyaları əsasında azərbaycançılıq təfəkkürünün inkişaf etdirilməsi baxımından çox mühümdür
13.01.2019
Azərbaycanın uğurlu siyasəti Ermənistanın kriminal xunta rejiminin mahiyyətini açıb ortaya qoydu

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10563

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Prezident: Sarkisyan rejiminə dəstək verən, göz yuman beynəlxalq təşkilatların da onun törətdiyi cinayətlərdə payı var


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info