Erməni miqrantlar çətin vəziyyətdə
Tarix: 30.12.2015 | Saat: 01:32:00 | E-mail | Çapa göndər


“Birinci informasiya”: “Bu il Rusiyada qazandıqlarını erməni dramına dəyişərkən məlum olub ki, bu, heç onların yeni il bazarlıqlarına kifayət etmir. Amma onlar bu pulla yaza qədər yaşamalıdır”
Rus rublunun artıq maksimum dərəcədə dəyərini itirməsi erməni miqrant işçiləri fakt qarşısında qoyub. Mövsümi işlərdən Ermənistana qayıdan miqrantalar ilboyu qazandıqlarını erməni dramı ilə dəyişməyə tərəddüd edirlər. “Bütün ili, ən azı iki-üç mövsüm işləmişəm, çalışmışam, amma nəticəsi nədir? Rus rublu ötən illə müqayisədə artıq çox uczlaşıb, dəyərini yarıbayarı itirib. İndi bilmirəm neyləyim”-deyə “Birinci informasiya”nın əməkdaşı ilə söhbətində mövsümi işlə əlaqədar Rusiyadan qayıdan erməni miqrant işçi bildirib.
Onun sözlərinə görə, hazırda Rusiyada yaranmış iqtisadi vəziyyət bu ölkəyə işləməyə gələnlər üçün əlavə maneələr yaradır. “Artıq 14 ildir ki, hər yaz müntəzəm olaraq Moskvaya gedib təmir işləri ilə məşğul oluram. Mənim Moskvada əlaqələrim, sifarəşçilərim var. Lakin indi başa düşürəm ki, bu əlaqələr də mənə kömək etməyəcək. Çünki Rusiyada, sadəcə olaraq, iş yoxdur. Əvvəllər mövsümqabağı özləri çağırardılar. Ancaq indi özümüz zəng edib iş soraqlayırıq. Bizim başqa yolumuz da yoxdur. Ermənistandakı vəziyyət daha pisdir. İndi Rusiyaya qayıtmağa da tərəddüd edirik”-deyə başqa bir miqrant bildirib. “Birinci informasiya” əməkdaşı ilə söhbəti zamanı başqa bir erməni miqrant işçi bildirib ki, bu il Rusiyada qazandıqlarını erməni dramına dəyişərkən məlum olub ki, bu, heç onların yeni il bazarlıqlarına kifayət etmir: “Amma bizə bu pulla yaza qədər yaşamaq lazımdır. Ötən il Rusiyada əldə etdiyim qazanc yaza qədər bizə kifayət etmişdi. İndi isə vəziyyət dəhşətdir”. Qeyd edək ki, bir müddət bundan əvvəl Rusiyaya iş üçün gedən erməni miqrantların əksəriyyəti bu ölkədəki sərt münasibətlə qarşılaşırdılar. Lakin Ermənistan Avrasiya İqtisadi Birliyinə daxil olduqdan sonra erməni miqrant işçilərə qarşı sərt münasibətlər bir qədər sadələşdirilib. Lakin erməni miqrant işçilər yenə də tərəddüdlə üz-üzədirlər: “Hazırda Ermənistanda qalıb gününü keçirməklə və ya Rusiyaya gedib iş axtarmaq arasında elə də bir fərq yoxdur. Ailədən ayrı ilboyu işləyirsən. Qazandığın da heç nə”. Qeyd edilməlidir ki, sayt əməkdaşı oxşar məyusluğu həmsöhbət olduğu bütün miqrant işçilərdə müşahidə etdiyini etiraf edib.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
25.05.2019
Serj Sarkisyan gizlicə Koçaryanla görüşüb
25.05.2019
Erməni ordusuna ayrılan sabunlar Gümrüdəki bazarda satılır
24.05.2019
ABŞ-ın Türkiyəyə C-400 və sanksiya hədəsində FETO izi
24.05.2019
“Daşnaksütyun“ Paşinyanın istefasını tələb edəcək
24.05.2019
Çinin xarici işlər naziri ilk dəfə Gürcüstana səfərə gəlib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10787

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 …Hər sözdə vətən axtaran soydaşımız


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info