Nizami məktəblilərinə “Diaspor dərsi” keçirilib
Tarix: 30.12.2015 | Saat: 01:33:00 | E-mail | Çapa göndər


Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində Diaspor Jurnalistləri Birliyi tərəfindən növbəti “Diaspor dərsi” Nizami rayonundakı 32 saylı tam orta məktəbdə keçirilib. Öncə 32 saylı məktəbin direktoru Sevda Abdullayeva çıxış edərək DJB-nin bu təşəbbüsünü yüksək qiymətləndirib və layihənin şagirdlərin diasporla bağlı maariflənməsində əhəmiyyətli rol oynayacağını deyib.
Sevda Abdullayeva şagirdlərə harada yaşasalar da azərbaycanlı olduqlarını unutmamağı tövsiyə edib.
DJB sədri Fuad Hüseynzadə tədbirin “Orta məktəblərdə diaspor dərsləri” layihəsi çərçivəsində keçirildiyini deyib: “Orta məktəblərdə diaspor dərsləri” layihəsi könüllü icra edilir. Azərbaycanda ilk dəfədir ki, belə bir layihə keçirilir. Məqsədimiz siz şagirdlərin Azərbaycan diasporu haqda düşüncəsini inkişaf etdirməkdir. Bilməliyik ki, dünya azərbaycanlılarının sayı 50 milyondan çoxdur”.
Fuad Hüseynzadə deyib ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün qeyd edilməsində məqsəd soydaşlarımızın bir olmasıdır: “Bu, birlik, həmrəylik bayramıdır. Fürsətdən istifadə edib Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə hər kəsi təbrik edirəm”.
Diasporla iş üzrə Dövlət Komitəsinin əməkdaşı Əbülfəz Şeydabəyov milli diasporumuzun inkişaf tarixi və yayılma coğrafiyası haqqında məlumat verib: “Bu gün azərbaycanlıların ən çox məskunlaşdığı ölkələr qeyri-rəsmi məlumatlara görə, İran, Türkiyə və Rusiyadır. İranda 30 milyon, Türkiyədə 3 milyon, Rusiyada isə 2 milyon azərbaycanlı yaşayır. Eyni zamanda Amerika Birləşmiş Ştatları, Almaniya, Ukrayna da azərbaycanlıların çox yaşadığı ölkələr içərisində liderlik edir. ABŞ-da qeyri-rəsmi məlumatlara görə, 450 000, Almaniyada 200 000, Ukraynada isə 280 000 azərbaycanlı yaşayır”.
Əbülfəz Şeydabəyovun sözlərinə görə, ümummilli liderin diaspor və lobbiçilik sahəsinə verdiyi önəmin təzahüru kimi milli tarixə düşmüş fərmanlarından biri də dövlət müstəqilliyimizin 10 illik yubileyi ərəfəsində ilk dəfə olaraq Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi olub: “Müstəqillikdən sonra Azərbaycanla bütövləşən dünya azərbaycanlıları bu gün milli maraqlar ətrafında sıx birləşiblər. Dünya azərbaycanlılarının növbəti IV Qurultayı Bakı şəhərində keçiriləcək. Hər beş ildən bir keçirilən Qurultayda son illərdə görülən işlər haqqında daha geniş hesabatlar dinlənəcək və yeni təbliğat strategiyaları hazırlanacaq”.
Çex-Azərbaycan İctimai Birliyinin sədri Əbdül Əliyev məqsəd və məramlarından danışıb: “Məqsədimiz Avropada yaşayan azərbaycanlıların və avropalıların ictimai təşkilatın bütün sahələri üzrə əhatə edən fəaliyyətlərini koordinasiya etməkdir. Eyni zamanda çex cəmiyyətində Azərbaycan maraqlarının qorunması və təbliği, o cümlədən ölkəmizə rəğbətin artırılması məqsədilə Çexiya Respublikasında təhsil alan və yaşayan soydaşlarımızın səfərbər və həmrəy olmasına dəstək olmaqdır”.
Əbdül Əliyev bildirib ki, qısa müddətdə təşkilat tərəfindən bir neçə layihə həyata keçirilib.
Diaspor Jurnalistləri Birliyinin baş katibi Siyavuş Əmirli isə təşkilatın gördüyü işlərdən danışıb: “Diaspor Jurnalistləri Birliyi Azərbaycan mediasının diaspor mövzusuna diqqətinin daha da artırılması, xaricdəki azərbaycanlı və əcnəbi jurnalistlərlə əlaqələrin qurulması, Azərbaycan tarixinin, mədəniyyətinin, milli-mənəvi dəyələrinin xaricdə daha da geniş yayılmasını təşkil etmək məqsədi ilə yaradılıb. Az müddətdə DJB bir sıra uğurlu işlərə imza atıb. Belə ki, DJB tərəfindən Bakıda 4 dəyirmi masa keçirilib, Xocalı soyqırımı ilə bağlı bir film çəkilib. Hazırda DJB ictimai təşəbbüsü əsasında ölkə daxilində 2, xaricdə isə 3 layihə icra edir. DJB bu müddətdə 15 ölkənin 20 nüfuzlu mediasında Azərbaycan, eləcə də Qarabağ həqiqətləri ilə bağlı məqalələr dərc etdirib.”
Siyavuş Əmirli deyib ki, Azərbaycan diasporu bu gün mütəşəkkil gücə çevrilib.
Diskussiya şəraitində keçən “Diaspor dərsi”ndə şagirdləri maraqlandıran suallara cavab verilib.
Sonda Sevda Abdullayevanın təklifi ilə 32 saylı orta məktəbin şagirdlərinin Virtual Təbliğat Qrupu yaradılıb.
Nəzərə çatdıraq ki, layihə çərçivəsində Bakının 12 məktəbində 10-11-ci sinif şagirdlərinə “Diaspor dərsi”nin keçirilməsi nəzərdə tutulub.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək
20.09.2018
600-dən çox adam sahilyanı ərazini 5 ton tullantıdan təmizlədi
20.09.2018
Azərbaycanda dünyanın ilk kurqan arxeoparkı yaradılacaq
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info