“İstefa verməyəcəm“
Tarix: 30.12.2015 | Saat: 01:37:00 | E-mail | Çapa göndər


"Futbolçularımın üzərində bu qədər təzyiq olmasına baxmayaraq, onlar belə mübarizə aparırlarsa, istefa verməm üçün heç bir səbəb yoxdur. Ola bilər ki, mətbuat mənim komandadan getməyimi istəyir, ancaq istefa verməyəcəm".
Bu sözləri "Mançester Yunayted"in baş məşqçisi Lui van Qal Premyer Liqanın 19-cu turunda "Çelsi" ilə 0:0 bərabərə qaldıqları oyundan sonra deyib. Son günlərdə istefaya göndəriləcəyi iddia edilən hollandiyalı mütəxəssis "qırmızı-şeytanlar"la müqaviləsinin olduğunu xatırladaraq bunları bildirib: "Klubla müqaviləm var. Əsas məsələ komandadan gedib-getməyəcəyim yox, müqavilənin şərtlərini yerinə yetirməyimdir. İlk çalışdığım klub "Ayaks" olub. Həmin vaxtda hər həftə tənqid olunsam da, sonda UEFA kubokunu qazandım. Son dönəmlərdə qələbə qazana bilməsək də, hələ də bizi alqışlayan azarkeşlər var. Əsas futbolçularımın meydanda etdikləridir. Onlar yaxşı oynadıqca, azarkeşlər də xoşbəxt olacaqlar". Qeyd edək ki, son 6 turda qələbəyə həsrət qalan "Mançester Yunayted" geridə qalan 19 turdan sonra 30 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.




 
Bölməyə aid digər xəbərlər
15.10.2019
“Qaranlıqdan aydınlığa doğru gedirik”
15.10.2019
Türkiyəli futbolçulardan Parisdə əsgər salamı
15.10.2019
Azərbaycan güləşçisi ilk Dünya Çimərlik Oyunlarında gümüş medal qazanıb
15.10.2019
“Spartak“da 34 yaşlı məşqçi
15.10.2019
Fransa - Türkiyə matçının ləğvi tələb edilmışdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10914

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Ankarada “Buta Bakı“
4 Prezident Əli Əsədovun Baş nazir təyin edilməsi haqqında Sərəncam imzalayıb
5 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info