Ukraynalı qapıçı Azərbaycan klubunun maraq dairəsində
Tarix: 30.12.2015 | Saat: 01:38:00 | E-mail | Çapa göndər


“Çernomorets”dən ayrıldıqdan sonra klubsuz qalan Yuri Martışuk karyerasını Azərbaycanda davam etdirə bilər.
Bu barədə 29 yaşlı qapıçının agenti Aleksandr Pankov məlumat verib. O bildirib ki, Martışuka 3 ölkədən təklif gəlib: “Hazırda Slovakiya və Çexiya təmsilçiləri olmaqla, 2 klubla danışıq aparırıq. Bundan əlavə, siyahıda Azərbaycan klubu da var ki, onunla da danışıq davam edir”. Pankov müştərisinin xidmətində maraqlı olan Azərbaycan klubunun adını açıqlamasa da, bunun “Qəbələ” olduğunu ehtimal etmək olar. “Qırmızı-qaralar”ın ukraynalı baş məşqçisi Roman Qriqorçuk geridəqalan müddət ərzində “Qəbələ”yə bir neçə həmyerlisini gətirib. Bu mənada, Martışuku da məhz Qriqorçukun istəməsi ən inandırıcı variantdır. Qeyd edək ki, karyerası ərzində “Karpatı” və “Zarya” klublarının da formasını geyinmiş Martışuk Ukraynanın 19 və 21 yaşadək futbolçulardan ibarət yığmalarında çıxış edib.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Makqreqor Nurmaqomedovu qorxaq adlandırıb
21.09.2018
Azərbaycanda həndbolun inkişafına kömək göstərməyə hazırıq
21.09.2018
UEFA Avropa Liqası: “Sportinq“ - “Qarabağ“ 2-0
20.09.2018
FİFA-nın növbəti reytinq cədvəli açıqlanıb
20.09.2018
Ukrayna cüdoçusu Daria Bilodid “Bakı-2018“in ilk qalibi olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info