Uşaq və gənclərin fərdi inkişafına töhfə verən layihə
Tarix: 05.01.2016 | Saat: 16:56:00 | E-mail | Çapa göndər


Etika Akademiyasında ictimai fəalı Fəridə Əkbərlinin Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun VII qrant müsabiqəsində qalib olmuş “Gənclərin satirik düşüncələrinə dəstək” adlı layihəsinin final mərhələsi keçirilib. Layihənin əsas məqsədi Azərbaycanda zəngin ənənələrə malik olan karikatura janrının inkişafına dəstək olmaq və vətənpərvərlik mövzusunun təbliğinin karikatura şəklində inkişafının artırılmasına töhfə verməkdir. Açılış nitqi ilə çıxış edən layihə rəhbəri Fəridə Əkbərli gənclərin bu sahəyə olan marağını qeyd edərək, müsabiqəyə qədərki dövrdə gənc rəssam və karikaturaçıların çox saylı müraciətlərindən bəhs etdi. O vurğuladı ki, seçim asan olmasa da müsabiqəyə göndərilən 10 ən yaxşı rəsm final mərhələsində təqdim olunub. Daha sonra Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun nümayəndəsi Ülvi Adgözəlov və Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) sədri Nərgiz Xələf çıxış edərək, belə layihələrin uşaq və gənclərin fərdi inkişafına töhfə verdiyini qeyd etdilər və layihəyə bol uğurlar arzuladıl Müsabiqə sərgi şəklində həyata keçirildi və sərgidə iştirak edən qonaqlar karikaturalara səs verərək, ən yaxşı vətənpərvərlik üzrə karikatura rəsmi çəkmiş birinci, ikinci və üçüncü yerlərin sahiblərini müəyyən etdilər. 1-ci yerin sahibi Nurlana Məmmədova, 2-ci yerin sahibi Səkinə İbrahimli və 3-cü yerin sahibi Aygün Ağayeva seçildi. Müsabiqənin sonunda 1-ci, 2-ci və 3-cü yer sahiblərinə hədiyyə və sertifikat təqdim olundu.
Fuad




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info