Orta məktəb direktorlarının təyinatında yeni qayda
Tarix: 05.01.2016 | Saat: 17:52:00 | E-mail | Çapa göndər


Sumqayıt və Gəncə şəhərləri, Abşeron, Xızı, Göygöl, Samux, Goranboy və Daşkəsən rayonlarında ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinin tutulması müsabiqə yolu ilə həyata keçiriləcək.
Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, bu, “Ümumi təhsil müəssisələri rəhbərlərinin hazırlanması və seçimi üzrə müsabiqənin keçirilməsi barədə” Azərbaycan Respublikası təhsil nazirinin əmri ilə icra edilir.
Yeni müsabiqə mexanizminin tətbiqinə bu il yanvar ayından start verilir. Məktəb rəhbərlərinin hazırlanması üzrə təlimlər adları qeyd edilən rayonlar da əhatə edilməklə Sumqayıt və Gəncə şəhərlərində təşkil ediləcək.
Nazirin yeni əmrinə əsasən, Sumqayıt Şəhər Təhsil Şöbəsi, Gəncə Şəhər Təhsil İdarəsi, Abşeron, Xızı, Göygöl, Samux, Goranboy, Daşkəsən rayon təhsil şöbələrinə ümumtəhsil məktəblərində vakant direktor vəzifəsi ilə əlaqədar vəziyyəti təhlil etmək, vakant vəzifənin icrası müvəqqəti həvalə edilərkən həmin yerlərin yalnız Təhsil Nazirliyi tərəfindən təşkil edilən müsabiqə nəticəsində tutulacağını nəzərə almaq tapşırılıb. Vakant yerlərin tutulması üçün yeni qayda tətbiq edilənədək Təhsil Nazirliyinə təqdim edilən namizədlərin, eləcə də bu sahədə potensialı olan müəllimlərin və direktor müavinlərinin müsabiqədə iştirakı ilə bağlı maarifləndirmə tədbirləri həyata keçiriləcək.
Təhsil Nazirliyi tərəfindən ümumi təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi istiqamətində 2013-2014-cü dərs ilindən etibarən Bakı şəhərində məktəb direktorlarının seçimi üzrə yeni mexanizmin tətbiqinə başlanılıb. Bu vəzifədə işləmək arzusunda olan pedaqoji kadrlar üçün mərhələli müsabiqə təşkil edilib, sənədlərin qəbulu, ilkin seçimin aparılması, təlimlərin keçirilməsi, yekun imtahan və müsahibə ilə nəticələnən prosedurlar tətbiq edilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info