142-“Çağrı mərkəzi” tərəfindən 111386 müraciət cavablandırılıb
Tarix: 05.01.2016 | Saat: 18:20:00 | E-mail | Çapa göndər


Ötən ilin dekabr ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142-“Çağrı mərkəzi” tərəfindən 12508 müraciət cavablandırılıb. Onlardan 4857-si (38,8%) sosial təminat, 2775-i (22,2%) əmək qanunvericiliyi, 2122-si (17 %) nazirliyin elektron xidmətlərindən istifadə, 1484-ü (11,9%) tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin reabilitasiyası və 1270-i (10,1%) məşğulluq məsələlərini əhatə edib. Müraciətlərin 11762-si (94%) qeyd olunan sahələrlə bağlı sorğu xarakteri daşıyıb və sorğularla bağlı vətəndaşlara ətraflı hüquqi izahatlar verilib. Daxil olan 746 müraciətdə isə müvafiq sahələrlə əlaqədar təklif və şikayətlər ifadə olunub və həmin müraciətlər araşdırılaraq cavablandırılması üçün müraciət vərəqəsi tərtib edilməklə nazirliyin aidiyyəti struktur bölmələrinə göndərilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərindən istifadə ilə əlaqədar müraciətlərin sayı ötən ay da artmaqda davam edib. Bu məsələ ilə əlaqədar müraciətlər ötən ilin dekabr ayında noyabr ayı ilə müqayisədə 37% artıb. Ümumilikdə 2015-ci il ərzində 142-“Çağrı mərkəzi” tərəfindən 111386 müraciət cavablandırılıb ki, onlardan 40,4%-i sosial təminat, 23,9%-i əmək qanunvericiliyi, 16,2%-i nazirliyin elektron xidmətlərindən istifadə, 11%-i tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin reabilitasiyası, 8,5%-i məşğulluq məsələlərinə aid olub.

Qorqud









 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 “Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info