“Gənclərin tərbiyəsində dövlətin böyük və məsuliyyətli payı var”
Tarix: 05.01.2016 | Saat: 18:21:00 | E-mail | Çapa göndər


Şəmsi Gülverdi: “Ölkəmizdə gənclərlə iş artıq bir Azərbaycan modeli kimi formalaşıb və bu təcrübə bir çox ölkələrdə örnək olaraq göstərilir”

Müsahibimiz Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının icraçı direktoru Şəmsi Gülverdidir.

-Gənclərin tərbiyəsi işində bəzən yük daha çox dövlətin üzərinə düşür. Bəs cəmiyyət necə, bu işə hansı formada öz töhfəsini verməlidir?


-Gənc nəslin müxtəlif istiqamətlərdə tərbiyə olunmasında dövlətin hərəkətə keçməsinə qədər cəmiyyətin hazır olmalı olduğu məqamlar var. Bəzi məsələlər var ki, onların həlli yalnız maliyyə vəsaiti deyil, eyni zamanda uyğun şərait tələb edir. Gənclərlə iş sahəsində digər sahələrə nisbətən daha çox həssaslıq mövcuddur. Gənclər üçün hər hansı istiqamətdə atılan addım gələcək üçün həmin sahədə ediləcək sıçrayış deməkdir. Burada ikitərəfli məsuliyyət var: cəmiyyət və gənclər. Bildiyimiz kimi, gənclər cəmiyyətin bir parçası, hərəkətverici qüvvəsidir. Digər tərəfdən cəmiyyət yalnız gənclərdən ibarət deyil. Cəmiyyəti təşkil edən digər qruplara daxil olan insanlar gərək gənclərlə münasibətdə hesablanmış, uyğun işlər həyata keçirsinlər. Xüsusilə, nisbətən yaşlı nəslin nümayəndələrinin gənclərə olan münasibəti bir növ onlara verilən məsləhət, örnək xarakterlidir. Uilyam Şekspir deyib: “Hər bir millətin istər tərəqqisi, istərsə də tənəzzülü həmin millətin gənclərinin alacaqları tərbiyədən asılı olur”. Qeyd etmək istərdim ki, gənclərə məsləhət verən, tərbiyələndirən yalnız yaşlı nəsil deyil. Dövlətin də bu işdə böyük və məsuliyyətli payı var. Dövlətin bu işi görməkdə özünəməxsus fəaliyyət istiqaməti var ki, bu da, qanunlar, layihələr və dövlət proqramlarının həyata keçirilməsidir.
-Son illlərdə gənclərin ictimai-siyasi, hətta sosial sahələrə cəlb olunması kütləvi hal alıb. Bunu necə dəyərləndirərdiniz?
-Respublikamızda gənclərlə iş artıq bir Azərbaycan modeli kimi formalaşıb və bu təcrübə bir çox ölkələrdə örnək olaraq göstərilir. Hər-hansı bir işin nə qədər uğurlu olması onun təməlinin necə qoyulmasından və ona nə dərəcədə prioritet sahə kimi yanaşılmasından asılıdır. Azərbaycanda gənclərlə işin təməli hələ 90-cı illərin əvvəllərində ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Heydər Əliyev gənclərə böyük qiymət verirdi. Gənclərə etibar edən ulu öndər onlarla ünsiyyətin tərəfdarı idi və mütəmadi görüşlər keçirməklə, onların düşüncəsini, fikirlərini və təkliflərini öyrənir, müvafiq addımlar atırdı. Yuxarıda bildirdiyim - gəncləri istiqamətləndirmək və tərbiyələndirmək fikrinə qayıdaraq dahi liderimizin gənclərimizə ünvanladığı nitqindən bir parçanı xatırlatmaq istərdim: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”. Bu nəsihət gənclərimizə, gələcəyimizə göstərilmiş həyat və fəaliyyət istiqamətidir.
2003-cü ildən sonra isə Azərbaycanda gənclərə qayğı daha da şaxələnərək, yeni verilmiş qərarların fonunda mahiyyətcə yeni mərhələyə yüksəldi. “Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram” - deyən cənab Prezident İlham Əliyev qərarları ilə ulu öndər Heydər Əliyevin gənclər siyasətinə sadiqliyini təsdiq etdi. Buna misal olaraq qəbul olunmuş dövlət proqramlarını göstərmək istərdim. “Azərbaycan Gəncliyi 2005-2009-cu illərdə” və “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramları qəbul olunub. Bu proqramlarda gənclərlə bağlı bir çox suallara cavab tapmaq olar. Azərbaycan dövləti gənc nəslin qarşısında hansı vəzifələri qoyur?! Yaxın gələcəkdə Azərbaycan gəncləri hansı məqsədlərə çatmalıdır?! Azərbaycan gənclərinin önündə duran təməl çağırışlar nədən ibarətdir?! və s. Sözügedən proqramlarda Azərbaycan gənclərinin intellektual, yaradıcı, fiziki, hərbi-vətənpərvərlik tərbiyəsi məsələlərinə böyük əhəmiyyət verilib. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, təhsilə maksimum diqqət yetirməklə yanaşı, proqramda böyüməkdə olan nəslin mənəvi-əxlaqi dəyərlərinin tərbiyə edilməsi məsələsinə də yer ayrılıb. Dünyəvi proseslərin qloballaşması fonunda, kiçilən dünyada, milli xüsusiyyətlərin assimilyasiyaya uğraması təhlükəsi olan bir vaxtda bu məsələ çox mühüm aspektdir. Mənəvi-əxlaqi tərbiyənin yüksək səviyyədə olması cəmiyyətə şəxsiyyətli vətəndaşlar yetişdirməklə yanaşı, gələcəyin sağlam toxumlarını atmağa şərait yaradır. Fikrimi “Füyuzat” jurnalından olan bir ifadə ilə bitirmək istəyirəm: “Zamanın hər parçasını milləti, vətəni adına dəyərləndirən gənclik, uca missiyaları çiyinlərində daşıyan xalq qəhrəmanıdır”.

Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info