Metropolitençilərdən təqdirəlayiq addım
Tarix: 05.01.2016 | Saat: 20:46:00 | E-mail | Çapa göndər


Metropoliten İşçiləri Həmkarlar İttifaqının təşkilatçılığı ilə (MİHİ) “Bakı Metropoliteni” QSC-nin kollektivinin nümayəndələri Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə “Əlil körpələrə yardım” İctimai Birliyinin Mərdəkandakı uşaq evinin sakinləri üçün təşkil etdiyi bayram şənliyi və nahar süfrəsində iştirak ediblər.
“Bakı Metropoliteni” QSC-dən bildirilib ki, metropolitençilər valideyn qayğısından məhrum uşaqları, müəllim-tərbiyəçi heyətini 2016-cı il münasibətilə təbrik ediblər, uşaqlara hədiyyələr paylayıblar.
“Bakı Metropoliteni” QSC rəhbərliyinin və MİHİ-nin təşkilatçılığı ilə Şamaxı və Ağdam rayonlarında məskunlaşan qaçqın və məcburi köçkün ailələrinə Yeni il münasibətilə yardım və bayram hədiyyələri göndərilib. Metropolitençilərin nümayəndə heyəti doğma ocaqlarından məhrum olmuş insanlarla görüşüb, QSC-nin və MİHİ rəhbərliyinin adından onları Yeni il münasibətilə təbrik edib, növbəti ili öz doğma ocaqlarında qarşılamağı arzulayıb. Sonra onlara bayram sovqatları paylanılıb.
Qaçqın və məcburi köçkünlər adından çıxış edən rayon icra hakimiyyətinin nümayəndələri bu diqqətə görə metropolitenin bütün kollektivinə və rəhbər heyətinə minnətdarlıqlarını bildiriblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib
19.09.2018
Uşaqlar üçün yardım Mərkəzi tərəfindən 113 nəfərə müxtəlif növ yardım göstərilib
19.09.2018
Neftçilərə yeni mənzillərin orderləri təqdim edilib
19.09.2018
Astarada keçirilən əmək yarmarkasında 45 nəfərə göndəriş vərəqəsi verilib
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info