“Real” baş məşqçi Rafael Benitez ilə yollarını ayırıb
Tarix: 05.01.2016 | Saat: 23:35:00 | E-mail | Çapa göndər


Madridin “Real” klubu baş məşqçi Rafael Benitez ilə yollarını ayırıb. Mövsümün əvvəlində “kral klubu”nun sükanı arxasına keçən Benitezin qovulmasına səbəb “Real”ın son turlarda əldə etdiyi qeyri-qənaətbəxş nəticələr olub. Rafael Benitezin komandadan qovulması barədə qərar klubdaxili toplantıda verilib.
Onu bu postda Zinəddin Zidan əvəzləyəcək. Fransa futbolunun əfsanəsi hazırda “Real Kastilya”nın baş məşqçisidir. Zinəddin Zidan komandanın sabiq qapıçısı İker Kasilyası geri qaytarmaq arzusundadır. Fransalı çalışdırıcı təcrübəli qolkiperlə danışığa başlayıb. Zidan Kasilyasa onu “Real”da görmək istədiyini desə də, qarşı tərəfdən müsbət cavab ala bilməyib. Belə ki, 34 yaşlı çərçivə qoruyucusu “qalaktikos”a qayıtmaq istəmədiyini bildirib. Kasilyas hazırkı komandası “Porto”da özünü rahat hiss etdiyini deyib. Qeyd edək ki, “Real”ın yetirməsi olan Kasilyas 1999-2015-ci illər ərzində “kral klubu”nun formasını geyinib. Ötən il “Porto”ya keçən ispaniyalı futbolçu yeni komandasında bu vaxta qədər 20 oyun keçirib.




 
Bölməyə aid digər xəbərlər
23.02.2019
“Mançester Siti” Emerik Laport ilə yeni müqavilə imzalayıb
22.02.2019
Rusiya Futbol İttifaqının yeni prezidenti məlum oldu
22.02.2019
Pauerliftinq üzrə Paralimpiya yığmamızın üzvləri ilə görüş keçirilib
22.02.2019
“Barcelona arzularımın komandasıdır”
22.02.2019
UEFA Avropa Liqası: “Fənərbaxça“ turnirdə mübarizəni dayandırıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info