Gevork Səfəryan aclığa başlayıb
Tarix: 06.01.2016 | Saat: 00:05:00 | E-mail | Çapa göndər


«Parlament təsisçiləri» qrupunun üzvü Gevork Səfəryanın həbsi ölkədə hökm edən müntəzəm qanunsuzluq aktlarından biridir. Bu insanlar dövlətə və xalqa qarşı müharibə elan ediblər. Hüquq institutları və onların fəaliyyəti də saxtadır. Onlar daha çox işğalçı rejimə xidmət edirlər Bütün baş verənlərə xalq düzgün qiymət verməlidir». Bu fikirləri «Yeni Ermənistan» milli qurtuluş cəbhəsinin üzvü Varujan Avetisyan Gevork Səfəryanın həbsi ilə bağlı danışarkən bildirib.
Qeyd edək ki, ötən bazar günü İrəvan məhkəməsi «Yeni Ermənistan» müxalifət hərəkatının üzvü Gevork Səfəryanı hakimiyyətə qarşı etiraz çağırışına görə iki ay məddətinə həbs edib.
Gevork Səfəryanın azadlığa buraxılması üçün mübarizə aparacaqlarını bildirən Varujan Avetisyan deyib: «Biz bu istiqamətdə mübarizəmizi davam etdirəcəyik. Təbii ki, gələcəkdə bu istiqamətdə hansı taktikanı seçəcəyimizi də hadisələrin gedişi göstərəcək. Ölkədə vəziyyət tez-tez dəyişir. Ona görə də, əvvəlcədən hər şeyi planlaşdırmaq çox çətindir».
Hüquqi və siyasi mübarizə ilə yanaşı, etiraz aksiyalarını da davam etdirəcəklərini bildirən Avetisyan mübarizələrini dayandırmaq üçün heç bir əsas görmədiyini də bildirib: «Biz bu mübarizəmizi yalnız son hədəfə çatdıqdan sonra dayandıra bilərik».
Gevork Səfəryana qarşı zorakı hərəkətlər haqqında danışan Avetisyan polis əməkdaşlarının öz səlahiyyətlərini kobudcasına pozduğunu, onların sadə vətəndaşlara qarşı münasibətini cinayət kimi dəyərləndirib: «Yeri gəlmişkən, polis zorakılığı ilə Səfəryanla yanaşı, digərləri də üzləşib. Bu, bir daha hakimiyyəti qorumaq üçün bizə qarşı tətbiq edilmiş işğalçılıq rejiminin sübutudur. Onlar öz hakimiyyətlərini qorumaq üçün hər addımı atmağa hazırdırlar».
Gevork Səfəryanın son durumu barədə danışan mili qurtuluş cəbhəsinin üzvü onun çiddi zərər gördüyünü və hazırda aclığa başladığını bildirib. Avetisyan əlavə edib ki, bir müddət əvvəl qatı cinayətkarlarla eyni kameraya yerləşdirilən Səfəryana qarşı hücum təşkil edilmişdi. Avetisyan onun sağlamlıq durumu barədə narahatlıq keçirdiklərini xatırladıb.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Belarus səfəri Ermənistanda böyük rezonans doğurub
20.11.2018
Moldova prezident idarəçiliyinə qayıtmaq istəyir
20.11.2018
Gürcüstanda 150-dən çox sabiq vəzifəli şəxsə qarşı cinayət işi açıldı
19.11.2018
Avropa İttifaqı vahid kəşfiyyat mərkəzi yaradır
19.11.2018
İranda bahalaşma davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info